Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

İran valyutası rekord həddə ucuzlaşıb


İran 2015-ci ildə nüvə sazişi imzalayandan milli valyutası dollara qarşı 600 faizdən çox ucuzlaşıb
İran 2015-ci ildə nüvə sazişi imzalayandan milli valyutası dollara qarşı 600 faizdən çox ucuzlaşıb

Ötən həftəsonu İran valyutası dollara nisbətdə rekord həddə ucuzlaşıb. Bu arada ölkə ABŞ sanksiyaları, koronavirus, aşağı neft qiymətlərinin məngənəsində sıxılmaqdadır.

İyunun 20-də küçə ticarətində bir dollar 193.400 riala satılıb. Bunu “Bonbast.com” xarici valyuta mübadiləsi vebsaytına əsasən demək olar. “Donya-e-Eqtesad” iqtisadi qəzeti isə dolların məzənnəsini 190.800 göstərib.

İran dünya gücləri ilə 2015-ci ildə nüvə sazişi imzalayandan İran valyutası dollara qarşı 600 faizdən çox ucuzlaşıb. İran fevralın ortasına koronavirusa ilk yoluxmanı qeydə almazdan öncə bir dollar 140.000 rial idi.

ABŞ Prezidenti Donald Trump 2015-ci ildə nüvə sazişindən çıxaraq İrana sanksiyaları bərpa edib.

Təzyiq getdikcə artır

İyunun 19-da Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) idarə heyəti Tehranı iki keçmiş şübhəli nüvə obyektinə çıxışa imkan yaratmağa çağırıb.

Koronavirus pandemiyası və neftin ucuzlaşması da iqtisadiyyatın durumunun daha da pisləşməsinə təsirini göstərib.

İran Yaxın Şərqdə pandemiyanın ən böyük ziyan vurduğu ölkədir, indiyədək 200 mindən çox yoluxma qeydə alınıb, 9 min 500 xəstə dünyasını dəyişib.

Mərkəzi Bankın rəhbəri Abdolnaser Hemmati deyib ki, ölkəsi bazarın likvidliyini təmin etməkdən ötrü xaricdə dondurulmuş milyardlarla dollarlıq vəsaitə çıxış əldə etməyə çalışır.

O, iyunun 20-də Instagram postunda BAEA qətnaməsinin psixoloji təsirinin, bazara təsir göstərən digər faktorların əhəmiyyətini azaltmağa çalışıb.

“Məhdud neft gəlirlərinə baxmayaraq, ölkənin xarici valyuta balansı yaxşıdır və mərkəzi bank ABŞ-ın davamlı təzyiqinə baxmayaraq... gərəkən valyutanı təmin edəcək”, – Hemmati deyib.

Mayda İran parlamenti valyutadan dörd sıfırın atılmasına, onun tümənlə əvəzlənməsinə qərar verib. Bir tümən 10 min riala bərabərdir. Bu qanunu hələ nüfuzlu sərt xətt tərəfdarı olan Mühaffizlər Şurası ratifikasiya etməlidir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG