Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:26

Dünyada bir günə rekord yoluxma qeydə alınıb


Braziliya, arxiv fotosu
Braziliya, arxiv fotosu

Dünya Səhiyyə Təşkilatı (DST) bircə gün ərzində dünyada koronavirusa rekord yoluxma halının qeydə alındığını bildirib. Ən yüksək rəqəmlər isə Şimali və Cənubi Amerikada baş verib.

DST-nin bildirməsinə görə, iyunun 21-də səhərədək 24 saat ərzində yoluxanlar 183 min 20 nəfər artıb və onun yarıdan çoxu – 116 mini Amerika qitəsinin payına düşür.

Birinci yerdə Braziliya (54 min 771), ondan sonra Birləşmiş Ştatlar (36 min 617) və Hindistan gəlir (15 min 400).

Koronavirusdan indiyədək ən çox ölüm Amerikada baş verib – 219 mindən çox. Avropa 193 mindən çox ölü sayı ilə ikinci yerdədir.

Ötən ilin sonunda Çində peyda olmuş koronavirusdan dünya üzrə 467 mindən çox ölən olub, ümumi yoluxma sayı 9 milyona yaxınlaşır.

ABŞ və Almaniya

İyunun 1-də Braziliyada ölü sayı 50 mini keçib, 1 milyondan çox yoluxan var. Ekspertlər isə real rəqəmlərin daha yüksək olduğunu düşünürlər. Bu Latın Amerikası ölkəsində xəstəlikdən hər gün ortalama min nəfər dünyasını dəyişir.

Bu arada Birləşmiş Ştatlar və Almaniyada ərzaq emalı zavodlarında pandemiyanın yayılması sarıdan narahatlıq yaranıb.

Arkansasda quşçuluq obyektlərində işçilərin 12 faizinin testi müsbət çıxıb. Onların demək olar hamısında simptomlar müşahidə olunmayıb, obyektlərin rəhbəri Tyson Foods bildirib. Şirkətin bildirməsinə görə, Çinin müştəri agentliyinin işçiləri arasında yoluxmalar təsdiqlənəndən sonra toyuq məhsulları idxalını dayandırması haqda məlumatlar araşdırılır.

Almaniyada isə bir qəssabxanada iyunun 21-də yoluxmalar 300 nəfər artaraq 1331-ə çatıb. Yerli rəsmi infeksiyanın lokallaşdırıldığını, buna görə də ətraf ərazini bağlamağa səbəb qalmadığını bildirib.

Avropanın bəzi yerlərində bu gündən – iyunun 22-dən ibtidai və orta məktəblərdə dərslər başlamalı, kinoteatrlar, teatrlar yenidən açılmalıdır.

İspaniya-Fransa sərhədi boyunca nəqliyyatın işi bərpa olunub. İspaniya pandemiyadan çox böyük ziyan görməsinə baxmayaraq turizm sənayesinin bərpası məqsədilə iyunun 21-dən bir çox qadağaları qaldırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG