Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 05:11

Nikita Xruşşovun oğlu vəfat edib


Sergey Xruşşov

Keçmiş sovet lideri Nikita Xruşşovun oğlu Birləşmiş Ştatlarda 84 yaşında vəfat edib. O, 30 ilə yaxındı ABŞ-da yaşayırdı.

Nikita Xruşşovun nəticəsi Nina Xruşşova iyunun 19-da AzadAvropa/AzadlıqRadiosu-na Braun Universitetinin keçmiş professoru olan babasının bir gün öncə vəfat etdiyini açıqlayıb.

Sergey Xruşşov 1958-ci ildə Moskva Energetika İnstitutunu bitirib, daha sonra Vladimir Xelomey raket dizaynı bürosunda çalışıb, orada ballistik raket və gəmilərin hazırlanmasına cəlb olunub.

Sovet İttifaqında işinə görə müxtəlif mükafatlar alıb. 1991-ci ildə Rusiyadan gedənədək ölkənin ən qocaman və böyük texniki məktəbində – Bauman Moskva Dövlət Texniki Universitetində müəllim işləyib.

Xruşşov 1999-cu ildə ABŞ vətəndaşlığı olub. O həmişə deyirdi ki, Sovet İttifaqından qaçmayıb, çünki iki ölkə “daha düşmən deyillər”.

Birləşmiş Ştatlarda isə Braun Universitetinin Vatson Beynəlxalq Münasibətlər İnstitutunda siyasi elmlər və müasir tarixdən dərs deyib.

Özündən böyük ögey qardaşı Leonid Xruşşov 2-ci Dünya müharibəsində 25 yaşında həlak olub.

XS
SM
MD
LG