Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:16

Türkiyə İraqın şimalında əməliyyata başlayır


Arxiv fotosu
Arxiv fotosu

Türkiyə ordusu İraqın şimalında kürd üsyançılarına qarşı əməliyyatlara başlayıb.

Müdafiə Nazirliyinin iyunun 17-də yaydığı məlumata görə, “Pələng Caynağı Əməliyyatı” çərçivəsində əraziyə hava nəqliyyatı ilə xüsusi qüvvələr yerləşdirilib, onları döyüş vertolyotları, silahlı dronlar müşayiət edib.

Əməliyyat İraqın Haftanin regionunda, Türkiyəylə sərhədin yeddi kilometrliyində aparılıb.

İyunun 15-də isə Türkiyə Kürdüstan Fəhlə Partiyasının (PKK) Kandildəki qərargahına, Sincar və Hakurkdakı bazalarına raket zərbələri endirib.

İraq buna cavab olaraq Türkiyənin səfirini çağıraraq ona etiraz bildirib.

İran artilleriyası da hədəfləri vurub

İraqdakı “Rudaw” kürd media orqanının iyunun 16-da verdiyi xəbərə görə, İran artilleriyası İraqın şimalında, Hacı Omran keçid məntəqəsi yaxınlığındakı kürd üsyançı mövqelərini atəşə tutub. Bu, Türkiyə ilə nadir koordinasiyalı addım sayıla bilər.

Hücum zamanı kürdlərin hansı qrupunun vurulduğu bəlli deyil. Ancaq bu ərazi PKK-nın Kandil qərargahının, dağlardakı PKK partizan postlarının yaxınlığında yerləşir.

Son illər PKK yüzlərlə iranlı kürdü partizan qüvvələrinə cəlb edib.

PKK-nı Türkiyə, Birləşmiş Ştatlar və Avropa Birliyi terror təşkilatı kimi tanıyır. Təşkilat 40 ilə yaxın bir müddət ərzində Türkiyə dövlətinə qarşı savaşıb, kürdlərə daha böyük azadlıqlar tələb edib. Bu müharibədə 40 minədək insan həyatını itirib.

PKK-nın Türkiyə, İraq, İran və Suriyada silahlı və siyasi qanadları, Avropada isə kürd diasporu şəklində yüzminlərlə tərəfdarı var.

Türkiyə mütəmadi olaraq cənub-şərqi Anadoluda PKK-ya qarşı hərbi əməliyyatlar aparır, İraqda isə PKK-ya qarşı onlarla əməliyyat keçirib.

Türkiyə ordusu Suriyanın şimalındakı kürd qüvvələrə qarşı üç dəfə əməliyyat aparıb, onların məhz PKK-nın nəzarətində olduğunu deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG