Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:34

Moskva Çexiyanın iki diplomatını persona non qrata elan edir


Rusiyanın Praqadakı səfirliyi
Rusiyanın Praqadakı səfirliyi

Rusiyanın Xarici İşlər Nazirliyi Çexiyanın iki diplomatını persona non qrata elan edib. Praqa bir neçə gün qabaq oxşar addım atmışdı.

Nazirliyin iyunun 15-də yaydığı bəyanata görə, Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonka-ya iki çexiyalı diplomat haqda rəsmi məlumat verilib. Onların adları açıqlanmır. Diplomatlara ailə üzvləri ilə birlikdə Rusiyanı tərk etməsi üçün iki gün vaxt verilib.

“Səfirə bildirilib ki, bu addım Praqa rəsmisinin heç bir əsası olmayan təhrikedici hərəkətinə cavabdır”, – bəyanatda vurğulanır.

Çexiyanın Baş naziri Andrej Babis iyunun 5-də deyib ki, hökuməti Rusiyanın Praqadakı səfirliyinin iki əməkdaşını ölkədən çıxarmağa qərar verib. Buna “risin əhvalatı”nın səbəb olduğu bildirilib. Sonradan səfirlik işçiləri arasında “daxili çəkişmənin” belə bir saxta insidentə yol açdığı üzə çıxıb.

Rusiya səfirliyi diplomatların çıxarılmasını “qeyri-dost addımı” adlandırıb, bildirib ki, Praqa bununla iki ölkə arasında gərgin münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərib.

Media nə yazmışdı

Bir müddət qabaq Çexiya mediası yazmışdı ki, səfirliyin Rusiya Elm və Mədəniyyət Mərkəzinin direktoru müavini Andrei Konchakov martın ortasında Rusiyadan Praqaya risin aparıb və məqsəd Praqanın meri Zdenek Hrib, daha iki aparıcı bələdiyyə rəsmisi Ondrej Kolar Pavel Novotny-ni zəhərləmək olub.

Moskva bu xəbərləri “uydurma” adlandırıb.

O vaxt Çexiyanın həftəlik Respekt jurnalı təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yazırdı ki, Rusiya kəşfiyyatının agenti bu qətlləri törətmək məqsədilə diplomatik pasportla Praqaya gəlib.

Ötən ay Çexiya mediası söhbətin Rusiya kəşfiyyat əməliyyatçısı olduğu iddia edilən Andrei Konchakov-dan getdiyini yazmışdı.

Hər üç çexiyalı məmur polis qoruması ilə təmin olunub. Onlar Kremli qəzəbləndirmiş addımları atıb, yaxud belə addımları dəstəkləmiş şəxslərdi. Məsələn, Rusiya səfirliyi qarşısındakı meydana Kremlin qətlə yetirilmiş tənqidçisi Boris Nemtsov-un adı verilib, sovet generalının heykəli götürülüb və sairə.

Moskvanın isə bütün bunlara cavab olaraq Çexiyada son kiberhücumlarda rolu olduğu güman edilir.

Moskva 2018-ci ildə Britaniyada keçmiş rusiyalı casus Sergei Skripal və qızının sinir qazıyla zəhərlənməsində şübhəli bilinir. Çexiya məsələsini isə Rusiyanı gözdən salmağa hesablanmış “dezinformasiya kampaniyası”nın tərkib hissəsi adlandırıb, bunun Çexiya-Rusiya münasibətlərinə “ciddi ziyan” vuracağını deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG