Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:15

Nüvə ölkələri arsenalı ‘modernləşdirirlər’


Arxiv fotosu

Dünya üzrə nüvə başlıqlarının sayında azalma olmasına baxmayaraq, nüvə ölkələri öz arsenallarını modernləşdirməyə davam edirlər. Bunu İsveçdəki Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) iyunun 15-də yaydığı hesabatında bildirir.

Hesabata görə, 9 nüvə ölkəsinin – Birləşmiş Ştatlar, Rusiya, Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın 2020-ci ilin əvvəlində birlikdə 13 min 400 nüvə silahı olub.

Ötən illə müqayisədə ümumi say 465 ədəd azalıb. Bu azalma “əsasən və Rusiyanın istifadəsi bitmiş nüvə silahlarını arsenaldan çıxarması ilə bağlıdır”. Bu iki ölkə qlobal silahların 90 faizinə malikdir.

ABŞ-ın nüvə başlıqları 385, Rusiyanınkı 125 ədəd azalıb.

Ancaq bununla yanaşı, Çin, Britaniya, Hindistan və Şimali Koreyanın nüvə qüvvələrini azacıq artırdığı bildirilir.

XS
SM
MD
LG