Keçid linkləri

Təcili xəbərlər
2020, 08 İyul, çərşənbə, Bakı vaxtı 05:49

İranlı aktyor Mohammad Ali Keshavarz vəfat edib


İran kinosunun əfsanəvi aktyoru Mohammad Ali Keshavarz 90 yaşında vəfat edib.

O, iyunun əvvəlində böyrək problem ilə xəstəxanaya yerləşdirilib, daha sonra ağciyər infeksiyası ilə reanimasiya şöbəsinə köçürülüb.

Tanınmış aktyor 1990-cı ildən xəstə idi, bir neçə dəfə xəstəxanaya yatırılmışdı.

O, 1930-cu ildə İsfahanda doğulub.

Bir neçə onillik ərzində 50-dək filmə, 30-dan çox teleseriala, bir neçə teatrda rol oynayıb.

Keshavarz İran teatrı, kinosu və televiziyasının beş böyük kişi aktyorundan biridir.

XS
SM
MD
LG