Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:26

Ermənistanda 90-dan çox etirazçı saxlanıb


Hadisə yeri
Hadisə yeri

İyunun 14-də Ermənistan polisi 90-dan çox etirazçını saxlayıb. Etirazlara Milli Təhlükəsizlik Xidmətinin (MTX) iqtisadi cinayətlər şübhəsiylə müxalifət liderinin evində və ofisində axtarış aparması səbəb olub.

Ermənistan polisinin sözçüsü Ashot Aharonyan 90-dan çox etirazçının qısa müddətə saxlandığını deyib.

Koronavirus pandemiyasına görə elan olunmuş fövqəladə vəziyyət çərçivəsində Ermənistanda kütləvi toplantılar keçirmək qadağandır.

Firavan Ermənistan partiyasının lideri Gagik Tsarukian-a qarşı cinayət təhqiqatı çərçivəsində aparılan axtarışlardan sonra MTX qərargahı qarşısında polislə etirazçılar arasında toqquşmalar baş verib.

Tsarukian iddiaları rədd edir

MTX bildirib ki, Tsarukian və onun partiyasının ofisində axtarış “maliyyə cinayətləri” istintaqı çərçivəsində aparılıb.

Biznesmenin lisenziyasız qumar oyunları keçirməklə hökuməti on milyonlarla dollarlıq vergi gəlirindən məhrum etdiyi bildirilir. Tsarukian isə iddiaların siyasi motivli olduğunu, onun hökumətə qarşı tənqidlərini susdurmaq niyyəti güddüyünü deyir. Müxalifət lideri Baş nazir Nikol Pashinian-ın koronavirus pandemiyasına reaksiyasını tənqid edir.

Firavan Ermənistan Partiyası (BHK) 132 yerlik parlamentdə 25 yerə malikdir, ən böyük müxalifət partiyasıdır.

Tsarukian-ın yüzlərlə tərəfdarı təhlükəsizlik xidmətinin qərargahı qarşısına yığışıb, “Pashinian, istefa ver!” şüarını səsləndirib.

“AFP” MTX-yə istinadla yazır ki, Tsarukian dindirilməyə çağrılıb. Ancaq parlament üzvü kimi onun toxunulmazlığı var.

İyunun 14-nə olan məlumata görə, Ermənistanda koronavirusa yoluxma sayı 17 minə yaxınlaşır, onlardan 269 nəfəri vəfat edib.

Yeni yoluxmalar kəskin artan vaxt, aprelin ortasında Ermənistan sərt karantin qaydalarını yumşaltmağa başlayıb.

Pashinian iyunun 13-də deyib ki, koronavirusun ölkəsində yayılma səviyyəsi, son rəqəmlər onu məyus edir.

Hökumət fövqəladə vəziyyəti iyunun 13-dək uzadıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG