Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 03:43

Tofiq Yaqubludan xəbər var


Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi

Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin həbsdə olan üzvü Tofiq Yaqublunun səhhətində problemlərin davam etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna T.Yaqublunun qızı Nigar Həzi məlumat verib. N.Həzinin sözlərinə görə, T.Yaqublu ilə dünən, iyunun 11-də telefonda danışıblar.

N.Həzinin vurğulamasına görə, atası astmadan əziyyət çəkir və havaların isti keçməsi öz təsirini göstərir: "Düzdür, verdiyimiz dərman və sovqatını atama çatdırırlar, amma həbsxana şəraiti öz sözünü deyir".

"İstintaqı bitmək üzrədir"

N.Həzi əlavə edib ki, T.Yaqublu barəsində açılmış cinayət işi üzrə istintaqı bitmək üzrədir: "Müstəntiq bildirib ki, ekspertiza rəyini gözləyir. Bundan sonra istintaq bitəcək və iş çox güman ki, məhkəməyə göndəriləcək".

N.Həzinin bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

T.Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar vasitəsilə xuliqanlıq) maddəsi ilə suçlanır. İddia olunur ki, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı.

T.Yaqublu ilə münaqişə yaşadığı bildirilən şəxs isə onun hücumuna məruz qaldığını iddia edib.

T.Yaqublu bundan öncə də 2013-cü ildə iğtişaş salmaqda günahlandırılaraq 3 il həbsdə saxlanıb. (5 il həbs cəzası almışdı, əfv sərəncamı ilə azadlığa çıxıb) O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında da 30 sutkalıq həbs olunmuşdu. Bu həbs zamanı T.Yaqublu işgəncələrə məruz qaldığını bildirmişdi. Daxili İşlər Nazirliyi isə işgəncələr barədə deyilənlərin böhtan olduğunu bəyan edib.

XS
SM
MD
LG