Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:08

Hərbçilərin etirazları yatırması araşdırılacaq


ABŞ-da etirazlar
ABŞ-da etirazlar

ABŞ-ın Müdafiə naziri Mark Esper Milli Qvardiyanın ölkə boyunca son etirazlara reaksiyasının araşdırılmasına göstəriş verib. Etirazlar afroamerikalı George Floyd-un ağdərili polisin əlində ölməsindən sonra başlamışdı.

Esper iyunun 11-də elan edib ki, Milli Qvardiyanın özəlliklə son iki həftədə “vətəndaş itaətsizliyinin yoluna qoyulmasında hüquq-mühafizə əməkdaşlarına dəstəyi” təftiş olunacaq.

Milli Qvardiyanın irqçiliyə qarşı etirazların yatırdılmasınan rolu suallar doğurub.

Floyd mayın 25-də vəfat edib, ağdərili polis əməkdaşı səkkiz dəqiqədən artıq müddət ərzində dizini onun boynuna sıxmışdı. Floyd bu müddətdə nəfəs ala bilmədiyini deyirdi.

İyunun 1-də Ağ ev yaxınlığındakı Lafayette meydanında aksiyanın yatırdılmasında Milli Qvardiya əsgərlərindən istifadə kəskin tənqidə səbəb olub. Etirazçılar gözyaşardıcı qaz, səs qumbarası, rezin güllələrlə dağıdılıb. Bundan az öncə isə Prezident Donald Trump ərazidən keçərək tarixi kilsəyə getmiş, orada şəkil çəkdirmişdi.

General öz addımını “yanlış” adlandırır

ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədri, General Mark Milley Trump kilsəyə gedən onu müşayiət edib. General iyunun 11-də özünün bunda iştirakını yanlış addım adlandırıb.

“Mənim o məqamda, o mühitdə iştirakım ordunun yerli siyasətdə iştirakı fikrini yaratdı”, – general videomüraciətində deyib.

Milley prezidentlə addımlayanda döyüş formasında olub. Tənqidçilərin fikrincə, bu addım onun ordunun etirazçılara qarşı istifadə olunmasını dəstəkləməsi anlamına gəlib.

Trump kilsəyə getməmişdən iğtişaşların yatırdılmasında hərbçilərdən istifadə ilə hədələmişdi. Sonra o, əlində “İncil” foto çəkdirdi. Ağ evdə çıxışında isə “ölkədaxili terror hərəkətləri”ni pislədi, anarxistlərin, yanğın törədənlərin etirazlara qoşulduğunu dedi.

Trump Floyd-un ölümünü sarsıdıcı adlandırıb, bu “quldurlar”ın onun xatirəsinə sayqısız yanaşmasına imkan verməyəcəyini deyib, sonra Vaşinqtonda Milli Qvardiya əsgərlərini çağırıb.

Bu arada ABŞ ordusu iyunun 1-də Vaşinqtonda etirazçıların dağıdılması üçün manevrlər aparan Milli Qvardiya vertolyotlarının pilotları ilə bağlı daxili təhqiqata başlayıb.

Esperin elan etdiyi təhlilin nəticələri iyunun 30-dək ona təqdim olunmalıdır.

XS
SM
MD
LG