Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 09:29

Sərtləşdirilən karantin günlərində bəzi apteklər işləyəcək


Koronavirus: kollektiv immunitet necə yarana bilər
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Koronavirus: kollektiv immunitet necə yarana bilər

Sərtləşdirilən karantin günlərində bəzi apteklər fəaliyyət göstərəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, iyunun 14-i saat 00:00-dan iyunun 16-sı saat 06:00-dək Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yalnız ünvana çatdırılma xidməti göstərməklə apteklərin fəaliyyətinə icazə verilib: "Fəaliyyət göstərəcək apteklərin qeyd olunan tarixlərdə işləyəcək əməkdaşlarının və onların avtomobillərinin hərəkətinə işəgötürən tərəfindən məlumatlar …icaze.e-gov.az portalına daxil edildikdən sonra yol veriləcək".

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martin 24-dən karantin rejimi elan edilib. Amma aprelin 27-dən karantin bir xeyli yumşaldılıb. Artıq ölkədəki əksər iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Bununla belə, son aylar ölkədə koronavirusa yoluxma halları artdığından həftə sonları bəzi yerlərdə karantin sərtləşdirilir, əhalinin küçələrə çıxması yasaq edilir. Onda bir sıra iş və xidmət sahələrinin (xəstəxanalar, kommunal xidmətlər və s.) fəaliyyətinə icazə verilsə də, əksər yerlər, o cümlədən ərzaq mağazaları qapadılır.

Bu həftəsonu isə karantinin sərtləşdiriləcəyi yerlər bir qədər də artırılaraq 9-a (4 şəhər, 5 rayon) çatdırılacaq. Əvəzində həmin yerlərdə bəzi apteklərin fəaliyyətinə icazə veriləcək.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 480 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 419 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG