Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 03:45

Çempionlar Liqasıyla bağlı qərar gələn həftə veriləcək


Arxiv fotosu

Avropanın futbol qurumu olan UEFA bu mövsüm Çempionlar Liqası və Avropa Liqasının oyunlarının necə yekunlaşdırmağa gələn həftə qərar verəcək. Oyunlar koronavirus pandemiyasına görə martda təxirə salınıb.

UEFA-nın iyunun 11-də yaydığı bəyanatda deyilir ki, İcraiyyə Komitəsi iyunun 17-18-də keçiriləcək.

Çempionlar Liqasının final oyunu İstanbulda keçirilməliydi. UEFA turniri yekunlaşdırmaq üçün “bir neçə variantı” götür-qoy etdiyini bildirib.

Madridin meri bu həftənin əvvəlində deyirdi ki, UEFA final oyununu İstanbulda keçirməməyə qərar verəcəyi halda, onun şəhəri finala ev sahibliyi etməklə bağlı danışıqlar aparıb.

İcraiyyə Komitəsi Avro 2020 turnirini də müzakirə edəcək. Turnir 2021-ci ilə keçirilib. 24 komandanın qatıldığı yarış qitə boyunca 12 şəhərdə keçiriləcək.

XS
SM
MD
LG