Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Avqust, Cümə, Bakı vaxtı 08:12

Rusiyada yoluxanların sayı yarım milyonu keçdi


Moskva, 10 iyun, 2020-ci il

Rusiyanın səhiyyə rəsmiləri ölkədə koronavirusa təsdiqlənmiş yoluxma sayının yarım milyonu, ölü sayının isə 6 min 500-ü keçdiyini bildirir.

Son 24 saat ərzində ölkədə 8 min 779 yoluxma qeydı alınıb və ümumi say 502 min 436-ya çatıb.

171 yeni ölüm halı isə COVID-19-dan ümumi ölü sayını 6 min 532 nəfərə çatdırıb.

Rusiya yoluxma sayına görə dünyada üçüncü yerdədir. Birləşmiş Ştatlarda 2 milyon, Braziliyada 775 min yoluxma qeydə alınıb.

XS
SM
MD
LG