Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 08:50

İranın göndərdiyi tibbi yardım Venesuelaya çatır


Karakasda yanacaq doldurma məntəqəsində növbə

Venesuela İranın göndərdiyi bir təyyarə yardımı qəbul edib. Bu, ABŞ sanksiyaları altında olan iki ölkənin isti münasibətlərinin daha bir göstəricisidir.

Humanitar yardım COVID-19 xəstələri üçün nəzərdə tutulub, test komplektləri və digər tibbi ləvazimatlardan ibarətdir. Planlaşdırma naziri Ricardo Menendez deyib ki, Prezident Nicolas Maduro mümkün qədər tez İrana səfər edərək həm humanitar yardım, həm də bu yaxınlarda Venesuelaya göndərilmiş xam neft üçün təşəkkür edəcək.

Maduro bir neçə razılaşma imzalamaqdan ötrü İrana səfər edəcəyini açıqlamışdı.

Vaşinqton Maduro-nu hakimiyyətdən əl çəkməyə məcbur etmək üçün geniş sanksiyalar proqramını işə salandan İran Venesuelanın vacib müttəfiqinə çevrilib.

Menendez-in sözlərinə görə, Venesuela və İran “imperializmə” qarşı “geniş inkişaf agendası” hazırlayırlar və buraya sənaye, evtikmə, ərzaq sektorlarında, eləcə də COVID-19 pandemiyasına qarşı elmi əməkdaşlıq daxildir.

İran indiyədək bu Cənubi Amerika ölkəsinə beş tanker neft göndərib.

XS
SM
MD
LG