Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 21:24

Nyu York da açılıma gedir


Nyu York, arxiv fotosu
Nyu York, arxiv fotosu

Vaxtilə Birləşmiş Ştatlarda koronavirus pandemiyasının episentri sayılan Nyu York şəhərində iyunun 8-də bəzi şirkətlər yenidən açılır. Britaniya isə ölkəyə gələnləri iki həftəlik özünütəcridə alacaq.

İki ay qabaq Nyu Yorkda hər gün COVID-19 xəstəliyindən yüzlərlə insan həyatını itirirdi. İndi isə bu rəqəm 500 civarındadır. Rəsmilər artıq sənaye, tikinti, topdan və pərakəndə satış sektorlarının yenidən işə başlaya biləcəyini deyirlər.

Açılımın ilkin mərhələsində 400 minədək sakinin iş başına dönəcəyi özlənir.

Ümumilikdə Nyu Yorkda COVID-19-dan 22 min nəfər vəfat edib.

Ancaq Britaniyada qüvvəyə minən ikihəftəlik özünütəcrid qaydasını hava nəqliyyatı şirkətləri pisləyir. Məqsəd xaricdən gələ biləcək ikinci dalğa yoluxmaları önləməkdir. British Airways, digər hava şirkətləri isə “qeyri-adekvat və ədalətsiz” hesab etdikləri addıma görə hökuməti məhkəməyə veriblər.

Qadağa həm sakinlərə, həm turistlərə aiddir. Yük maşınları sürücüləri, təməl tibbi xidmət əməkdaşları, İrlandiyadan gələn, orada azı iki həftə qalmış şəxslər istisna təşkil edir.

Britaniyaya daxil olanlar səyahətlərinin detallarını, özlərini harada təcrid edəcəklərini açıqlamalıdırlar.

Latın Amerikası, Avropa, Yeni Zelandiya

Dünya üzrə COVID-19-dan ölənlərin sayı 402 mini keçib, təsdiqlənmiş yoluxma halları 7 milyondan çoxdur.

Latın Amerikasında ölüm halları çoxalır. Qvatemala Prezidenti Alejandro Giammattei iyunun 7-də deyib ki, administrasiya və təhlükəsizlik xidmətindən 18 nəfərin testləri pozitiv çıxıb, o, məsafədən işləyəcək və prezident administrasiya dezinfeksiya olunacaq.

Avropanın bir çox ölkələri iqtisadiyyatı tədricən açır, sərhədlərini daha da açmağı planlayır.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern deyib ki, iyunun 9-dan ölkədə sərhəd qadağalarını çıxmaqla bütün koronavirus tədbirləri ləğv olunur. O, ictimai və özəl tədbirlərin heç bir qadağasız keçiriləcəyini, pərakəndə satış və turizm sektorunun normal fəaliyyət göstərəcəyini bildirib.

Artıq 17 gündür Yeni Zeıandiyadan yeni yoluxma aşkarlanmayıb. Ardern deyib ki, ölkədə “yəqin ki” daha yeni yoluxma baş verməyəcək.

Cənubi Koreyada yeni yoluxma halları qeydə alınmaqdadır. Yoluxmalar əsasən Seul ərazisindədir. Ölkədə indiyədək 11 min 814 yoluxma, 273 ölüm qeydə alınıb.

XS
SM
MD
LG