Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 22:32

Senatorlar Rusiya qaz kəmərinin tamamlanmasını istəmirlər


Rusiyanın 'Akademik Cherskiy' borudüzən gəmisi Almaniyanın şimalında

ABŞ-da hər iki partiyadan senatorların hazırladığı qanun layihəsinin məqsədi Rusiyanın Almaniyaya çəkdiyi təbii qaz kəmərinin tamamlanmasını dayandırmaqdır.

Respublikaçı Ted Cruz və demokrat Jeanne Shaheen-in başçılığı ilə təqdim olunmuş layihədə Şimal axını-2 layihəsinə sanksiyaların genişləndirilməsi nəzərdə tutulur. Bu kəmər tamamlanarsa, Rusiyadan Almaniyaya təbii qaz ixracı iki dəfə arta bilər.

Birləşmiş Ştatların dekabrda qəbul etdiyi qanun kəmərin çəkilişində iştirak edən gəmilərə sanksiyalar nəzərdə tuturdu. Onda tamamlanmağa az qalmış 11 milyard dollarlıq layihənin icrasında fasilə yarandı.

Ancaq Rusiya Baltik dənizinə öz gəmisini göndərdi ki, kəmərin qalan 160 kilometri tamamlansın. Şimal Axını 2 kəməri 1230 km uzunluqda iki paralel xətdən ibarətdir, ikisi də Baltik dənizinin dibiylə Rusiyadan Almaniyaya uzanır.

Yeni qanun layihəsində isə layihəyə sığorta, liman və digər xidmətlər göstərən qurumlara sanksiyalar genişləndirilir.

Birləşmiş Ştatlar Şimal axını 2-yə qarşı çıxır, onun Ukraynaya zərbə vurduğunu, Rusiyanın Avropanın enerji sənayesinə nəzarətini gücləndirdiyini deyir.

XS
SM
MD
LG