Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Karantindən sonra söküntülər başlanır – Qərb mediası


Hindistan, arxiv fotosu
Hindistan, arxiv fotosu

Britaniya həkimləri iltihab əleyhinə iburofen dərmanının bir formulunu kəskin COVID-19 simptomları olan xəstələr üzərində sınayırlar, onun təngnəfəsliyi azaltma dərəcəsini öyrənmək istəyirlər. Bu haqda “Reuters” yazır.

Tədqiqatçılar ibuprofen-in konkret bir formulunun COVID-19-un ağırlaşma halı sayılan kəskin respirator distres sindromunun (ARCS) müalicəsində standart ibuprofen-dən daha effektiv olduğunu deyirlər.

Britaniyada bu formulun digər xəstəliklərin müalicəsində istifadəsinə çoxdan lisenziya verilib.

Martda Fransanın səhiyyə naziri deyirdi ki, COVID-19 simptomları olanlar iltihaba qarşı ibuprofen kimi dərmanlardan istifadə etməməlidirlər. Ancaq ABŞ, Britaniya və Avropa Birliyində dərmanların tənzimlənməsi üzrə orqanlar ibuprofen-in COVID-19 xəstələrinin durumunu pisləşdirməsinə dəlil olmadığını deyirlər.

Qanunsuz tikililərdə yaşayanlar, tibb işçiləri...

“Reuters” agentliyi başqa bir məqaləsində koronavirus qadağalarının yumşaldılmasının xarabalıqlarda yaşayanlara, tibb işçilərinə, miqrantlara təsirindən yazır. Onların ev tapması getdikcə çətinləşə bilər.

Dünya üzrə koronavirusa artıq 6 milyondan çox insan yoluxub. Braziliyadan tutmuş Filippinə qədər bir sıra xarabalıqlar virusun episentrinə çevrilib.

Pandemiyayla əlaqədar bəzi söküntülərə moratorium qoyulmuşdu, kirayə bazarında da qiymətlər dəyişmirdi, indi isə hakim orqanlar fürsətdən istifadə edərək xarabalıqları təmizləməyə başlaya bilərlər, Braziliyada yaşayan şəhər planlaşdırması üzrə ekspert Theresa Williamson deyib.

“Hökumət məmurları yüksək ölü sayından istifadə edərək söküntülərə start verə, deyə bilərlər ki, ölümlərə məhz bu icmalardakı natəmiz şərait səbəb olub, özlərinin sanitariya və səhiyyəni gözardı etməsini arxa plana keçirərlər”, – o vurğulayıb.

BMT-nin məlumatına görə, dünyada şəhər əhalisinin üçdə biri qanunsuz tikilmiş evlərdə yaşayır. Bu evlərin ventilyasiyası zəifdir, axar suyu azdır, ya heç yoxdur, tualetlər azdır, adekvat kanalizasiyası yoxdur.

Hindistanda heç karantin dövründə də söküntülər dayandırılmayıb. 11 milyondan çox insanın evindən çıxarılma riski var. Səbəbsə hökumətin magistral yol çəkməsi, meşələri hasarlamasıdır.

Koronavirusa yoluxanlarla bağlı stiqma həkimlərin, tibb işçilərinin, kanalizasiya, digər az bacarıqlı işçilərin ev tapmasını da çətinləşdirir. Bunu Dehlidə Ev və Torpaq Hüquqları Şəbəkəsinin icraçı direktoru Shivani Chaudhry deyib.

Hindistan hökuməti ötən həftə miqrant fəhlələr və şəhər yoxsulları uçün əlçatan ev kirayələmə mexanizmini işə salıb, tibb işçilərini təhdid edən, hücum edənlərə sərt cəzalar təklif edib.

Ancaq ev sahiblərinin yenə də həmin şəxslərə kirayə ev verməkdən imtina etdiyi bildirilir. Belongg şirkətinin təsisçisi Nirat Bhatnagar-ın sözlərinə görə, ev sahibləri kirayə istəyənlərdən sağlamlıq şəhadətnaməsi tələb edə bilərlər, yaxud yeni kirayənişinlərə deyə bilərlər ki, koronaviruslu xəstələrin izlənməsi tətbiqindən istifadə etsinlər.

“İndi adamlar yaşadıqları əraziyə daha çox nəzarət edə bilirlər və bu da koronavirus daşıyıcısı iddia olunanlara qarşı ayrıseçkiliyin artmasıyla sonuclana bilər”, – o vurğulayıb.

XS
SM
MD
LG