Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 21:12

Bu dəfə jurnalistlərlə bağlı ABŞ-a çağırış var


ABŞ-da etirazlar

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) ABŞ hakimiyyətini etirazları işıqlandıran jurnalistləri və media işçilərini “hədəfə almağı dayandırmağa”, mətbuatı komendant saatı qadağalarından azad etməyə çağırıb.

Qurumun iyunun 1-də bildirməsinə görə, mayın 29-dan Birləşmiş Ştatlar ərazisində nümayişləri işıqlandıran jurnalistlərin azı 125 “mətbuat azadlığı pozuntusu” haqda məlumat verdiyi bildirilir.

ABŞ-da etirazlar qaradərili George Floyd-un polisin təzyiqi altında ölməsinə qarşı keçirilir.

“İşini görən jurnalistlərə qarşı polisin sərt, bəzən zorakı hərəkətlərinin davam etməsindən dəhşətə gəlirik”, – CPJ-nin proqram direktoru Carlos Martinez de la Serna deyib.

CPJ mayın 29-da iki fotojurnalistin Las Veqasda işləyərkən saxlandığını misal çəkir. Yerli medianın məlumatına görə, onlar “dağılışmaq çağırışına əməl etməməkdə” ittiham olunublar, ertəsi gün buraxılıblar.

Təşkilat polis onlarla jurnalisti gözyaşardıcı qaz, rezin güllə hücumuna məruz qoyduğunu bildirir.

XS
SM
MD
LG