Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:23

ABŞ-ın həbsdən buraxdığı alim İrana çatıb


Sirous Asgari İrana çatır
Sirous Asgari İrana çatır

Birləşmiş Ştatların azad etdiyi iranlı alim vətəninə çatıb. Bu arada hər iki ölkə alimin buraxılmasının məhbus mübadiləsi olmadığını deyirlər.

Tehrandakı Sharif Texnologiya Universitetinin professoru Sirous Asgari iyunun 3-də İrana çatıb. Xəbəri yarırəsmi ISNA xəbər agentliyi yayıb.

59 yaşlı Asgari 2016-cı ildə Ohayodakı bir universitetin tədqiqat layihəsindən ticarət sirlərini oğurlamaq cəhdində ittiham olunub. O, ittihamı rədd edirdi və noyabrda bəraət alıb. Hakim prokurorların təqdim etdiyi işi rədd etmişdi.

Birləşmiş Ştatlarla İran dekabrda məhbus mübadiləsi aparıblar. Çinli-amerikalı tədqiqatçı Xiyue Wang və iranlı alim Massud Soleimani azadlığa qovuşub.

Asgari-nin İrana qayıdışı isə onun məhbus mübadiləsi çərçivəsində buraxılmasına dair spekulyasiyaya yol açıb.

Ancaq İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi deyib ki, məhbus mübadiləsi söhbəti “əsassızdır”, çünki Asgari “bəraət aldığı üçün” buraxılıb.

Dövlət Departamentinin sözçüsü Morgan Ortagus-un bildirməsinə görə, Asgari “İranla hər hansı məhbus mübadiləsinin iştirakçısı deyil, heç vaxt olmayıb”.

Hazırda bir neçə ABŞ vətəndaşı İranda ya həbsdədir, ya da zaminə buraxılıb. Donanma veteran Michael White martda koronavirus pandemiyası səbəbindən tibbi əsaslarla həbsxanadan müvəqqəti buraxılıb.

White 2018-ci ildə həbs olunub, İranın Ali dini lideri Ayətulla Ali Khamenei-ni təhqir etməkdə, gizli informasiyanı onlayn yerləşdirməkdə təqsirli bilinərək 13 il həbs cəzasına məhkum edilib.

2018-ci ildən bəri Vaşinqtonla Tehranın münasibətləri daha da pisləşib. Prezident Donald Trump İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyalar tətbiq etməyə başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG