Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:54

Etirazların koronavirusa yoluxmaları artıra biləcəyi deyilir


Nyu York şəhər Polis Departamentinin rəhbəri Terence Monahan etirazçı ilə qucaqlaşır, 1 iyun, 2020-ci il
Nyu York şəhər Polis Departamentinin rəhbəri Terence Monahan etirazçı ilə qucaqlaşır, 1 iyun, 2020-ci il

Birləşmiş Ştatların onlarla şəhərində kütləvi etirazların koronavirusun yayılmasını sürətləndirəcəyi sarıdan narahatlıq yaranıb. Hazırda ştatlar iqtisadiyyatı açdığı bir məqamda yeni yoluxma halları da artır.

Avropanın bir sıra ölkələrində isə yoluxma tendensiyası zəifləyir. İyunun 3-dən İtaliya sərhədlərini Avropadan gedənlərin üzünə açıb. İtaliya Prezidenti Sergio Mattarella isə “böhran bitməyib” xəbərdarlığını dilə gətirib.

Fransa da qadağaları yumşaldır, Parisdə kafe terrasları açılır.

Birləşmiş Ştatlarda qaradərilinin ağdərili polisin əlində ölməsindən sonra onminlərlə etirazçı artıq səkkizinci gündür küçələrə çıxır. ABŞ-ın Baş sanitar həkimi Jerome Adams xəbərdarlıq edib ki, etirazçıların çoxunun maska taxmasına baxmayaraq, nümayişlər epidemiyanı gücləndirə bilər.

Xəbərdarlıq

Artıq ABŞ-da koronavirusa yoluxmalar 1,8 milyonu, ölü sayı 106 mini keçib.

“Xəstəliyin yayılma yoluna əsasən yeni kütləvi yoluxmalar gözləməyə əsas var”, – Adams iyunun 1-də “Politico” dərgisinə deyib.

Dünya üzrə koronavirusdan ölü sayı 380 mini keçib, təsdiqlənmiş yoluxmalar 6,4 milyona yaxınlaşır.

39 mindən çox ölüm halının qeydə alındığı Britaniyada hökumət iyunun 8-dən beynəlxalq reyslərlə ölkəyə gələnlər üçün 14 günlük özünütəcrid rejimi tətbiq etməyi planlaşdırır.

Cənubi Koreya iyunun 3-dən koronaviruslu xəstələrin müalicəsində istifadə üçün remdesivir antivirus dərmanının tətbiqinə fövqəladə icazə verib. COVID-19 Çindən sonra ilkin mərhələdə daha çox Cənubi Koreyada yayılsa da, bu ölkə “izləmə, testdən keçirmə və müalicə” proqramıyla onu cilovlaya bilmişdi.

Birləşmiş Ştatlar ötən ayın əvvəlindən remdesivirin xəstəxanalarda istifadəsinə icazə verib. Ondan qabaq Yaponiya bu addımı atmışdı, Avropa ölkələri isə hələ bu məsələni nəzərdən keçirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG