Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:57

Twitter Trump-ın səhvini düzəldir


Donald Trump
Donald Trump

Mayın 26-da Twitter ilk sosial media şəbəkəsi olaraq ABŞ Prezidenti Donald Trump-ın iki tvitinə “əsaslandırılmamış” işarəsi vurub, onun saxta iddialar yaydığını bildirib.

Trump tvitində “saxta şəkildə iddia edib ki”, poçtla göndərilən bülletenlər “saxtalaşdırılmış seçkiylə” nəticələnə bilər, Twitter bildirib.

Prezidentin tvitləri altında mavi rəngli linkdə “Poçtla göndərilən bülletenlər haqda faktları oxuyun” sözləri yazılıb və izləyicilər CNN, Washington Post, prezidentin sözlərinin əksini iddia edən digər media orqanlarına yönəldilib.

“Faktaraşdırıcılar deyirlər ki, poçtla göndərilən bülletenlərin seçici saxtakarlığı ilə əlaqəsi yoxdur”, – qeyddə deyilir.

Trump ikihissəli tvitində yazıb ki, poçt qutuları “oğurlanacaq, bülletenlər saxtalaşdırılacaq, hətta qanunsuz çap olunacaq və saxta imza atılacaq. Kaliforniyanın qubernatoru bülletenləri milyonlarla insana göndərir, ştatda yaşayan istənilən şəxsə, onların kimliyindən, oraya necə düşmələrindən asılı olmayaraq”. “Bu Saxtalaşdırımış Seçki olacaq. Başqa yolu yoxdur!” – prezident tvitini tamamlayıb.

Twitter onu da qeyd edib ki, Kaliforniyada yaşayan istənilən şəxsə poçtla bülleten göndərildiyini deyən Trump-ın bu iddiası da yalandır.

“Faktiki olaraq, yalnız qeydiyyatdan keçmiş seçicilər bülleten alacaq”, – Twitter yazıb.

Hazırda ABŞ-da bülletenlərin poçtla göndərilməsi xeyli müzakirə olunur, demokratlar və bəzi ştatlar koronavirus pandemiyası dövründə noyabr seçkisindən öncə bu praktikanı genişləndirməyə çağırırlar.

Prezident dəfələrlə iddia edib ki, poçtla göndərilən bülletenlərin saxtakarlığa məruz qalması reytinqi yüksəkdir, seçki ekspertləri isə seçici saxtakarlığını nadir hal sayırlar.

Bülletenlərin poçtla göndərilməsi seçici iştirakını artıra bilər. Ötən seçkilər daha çox seçici iştirakının demokratlardan namizədlərin şansını gücləndirdiyini göstərib.

XS
SM
MD
LG