Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:46

100 talibançı azad edilib


Kabil, 24 may, 2020-ci il

Əfqanıstan hakimiyyəti 100 talibançı məhbusu azadlığa buraxdığını deyir. Hökumət bu addımı silahlıların müqəddəs Ramazan ayının bitməsi münasibətilə elan etdiyi üçgünlük atəşkəsə cavab olaraq atıb.

100 talibançı mayın 25-də azad olunub. Atəşkəs isə mayın 24-də başlanıb. Hökumət bu addımı dərhal alqışlayıb və 2 minədək talibançı məhbusu azad edəcəyini açıqlayıb.

Hökumətin təmsilçisi indiyədək atəşkəsin pozulmadığını və hakimiyyətin gündə 100 məhbus azad edəcəyini söyləyib.

Fevralda Birləşmiş Ştatlar və Talibanın imzaladığı saziş münaqişənin sona çatdırılmasını nəzərdə tutur.

Razılaşmaya görə, Kabil 5 min talibançını, silahlılar isə 1000 məhbusu azad etməlidirlər. Bu addımın 20 ildir davam edən münaqişəni bitirməkdən ötrü əfqandaxili danışıqlarla sonuclanacağı gözlənir.

XS
SM
MD
LG