Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 20:52

Venesiya film festivalı sentyabrda olacaq


76-cı Venesiya Film Festivalı

İtaliyada region rəsmisi Venesiya film festivalının sentyabrın əvvəlində keçiriləcəyini deyib. Ölkədə yeni koronavirusun yayılması nisbətən səngiyib.

Veneto regionunun qubernatoru Luca Zaia mayın 24-də deyib ki, bütün dünyada karantin tədbirləri ucbatından festivala bu dəfə daha az prodakşn qatılacaq.

Venesiya dünyada ən uzun çəkən film festivalıdır. Yanvarda elan olundu ki, avstraliyalı film ulduzu Cate Blanchett festivalın 77-ci buraxılışına sədrlik edəcək.

Dünyada ən böyük film festivalı olan Kann Film Festivalı isə pandemiyaya görə mayda təxirə salındı.

İtaliya iyunun 3-dən səyahətlərə bütün qadağaları qaldırmağı planlaşdırır və Avropa Birliyindən gələnlər karantinə alınmadan ölkəyə daxil ola biləcəklər.

Koronavirusdan ölənlərin sayına görə İtaliya 33 min nəfərlə Birləşmiş Ştatlar və Britaniyadan sonra üçüncü yerdədir.

XS
SM
MD
LG