Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:02

Baş nazir canlı müsahibə verərkən zəlzələ olub


Jacinda Ardern
Jacinda Ardern

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern mayın 25-də televiziyaya canlı müsahibə verərkən paytaxt Vellinqtonda zəlzələ baş verib. Ancaq baş nazir təmkinli davranaraq müsahibəsinə davam edib.

39 yaşlı Ardern 2017-ci ildən baş nazirdir və ölkəni bir sıra böhranlardan çıxarmasına görə Yeni Zelandiyada xeyli populyardır. Bu böhranlara ötən il Kraystçörç şəhərində məscidlərə hücum, dekabrda vulkan püskürməsi və koronavirus pandemiyası daxildir.

Ardern parlament binasından bir televiziyaya müsahibə verən vaxt Vellinqton və ətraf ərazilərdə 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri paytaxtdan 100 kilometr şimalda yerləşən Levin şəhəri olub.

“Burada azacıq zəlzələ müşahidə edirik, Ryan...”, – o, müsahibə götürən Ryan Bridge adlı aparıcıya deyib və bu zaman kamera, baş nazirin ətrafındakı şeylər silkələnməyə başlayır.

Ardern aparıcını əmin edir ki, o təhlükəsizdir və müsahibə davam edir.

Bu video sosial mediada sürətlə yayılır.

Zəlzələdən xəsarət alan olmayıb, təbii fəlakət ərziyə ziyan vurmayıb. Ardern daha sonra mətbuat konfransında deyib. Ancaq 30 saniyədən çox davam edən silkələnmə Vellinqtonda çaxnaşma yaradıb.

Yeni Zelandiya “Alov halqası” adlı seysmoloji ərazidə yerləşir. Sakit Okeandakı bu halqa 40 min kilometrlik vulkanlar tağını əhatələyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG