Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 09:14

ABŞ Pekini sanksiyalarla hədələyir


Honq Konqda etirazçılar

ABŞ Prezidenti Donald Trump-ın baş təhlükəsizlik müşaviri mayın 24-də Pekini Çin “Honq Konqa nəzarəti ələ almağa” çalışarsa, mümkün sanksiyalarla hədələyib.

Həmin gün Çinin administrasiyasında olan Honq Konqda polis demokratiya tələb edən minlərlə etirazçıya qarşı gözyaşardıcı qazdan, su şırnağından istifadə edib. Əhali Çinin milli təhlükəsizlik qanunlarının şəhərdə birbaşa tətbiqi planına etiraz edirdilər.

Polis daha sonra Facebook-da bildirib ki, 180 etirazçı icazəsiz toplaşma, ictimai qaydaları pozmaq ittihamları ilə saxlanıb.

Mayın 21-də Pekin təklif edib ki, təhlükəsizlik agentliklərinin Honq Konqda fəaliyyətinə icazə verən milli təhlükəsizlik qanunu tətbiq olunsun. Bu, ərazinin xüsusi statusuna son qoya, Çinlə Birləşmiş Ştatlar arasında ziddiyyəti dərinləşdirə bilər.

Dövlət katibi Mike Pompeo deyib ki, bu qanun “Pekinin Honq Konqa vəd etdiyi yüksək dərəcəli muxtariyyət üçün ölüm zəngi” olacaq.

Daha sonra milli təhlükəsizlik müşaviri Robert O’Brien deyib ki, “görünür, milli təhlükəsizlik qanunu tətbiq olunarsa, onlar Honq Konqa nəzarəti əsasən ələ alacaqlar və belə edərlərsə… Dövlət katibi Pompeo Honq Konqun yüksək dərəcəli muxtariyyəti saxlamasına zəmanət verə bilməyəcək və bu baş verərsə, Honq Konq və Çinə sanksiyalar tətbiq olunacaq”.

Şəhər hökuməti ictimaiyyəti, xarici investorları planla bağlı sakitləşdirməyə çalışıb. Çinin planı maliyyə bazarlarını əndişələndirib, xarici hökumətlər, insan haqları qrupları onu kəskin tənqid edib.

Çinin Xarici işlər naziri Wang Yi isə deyir ki, təklif olunan qanun “azacıq yubanma olmadan” tətbiq olunmalıdır.

XS
SM
MD
LG