Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 20:50

Türkiyə dövlət televiziyası rusca kanal açıb


Türkiyə Prezidenti Recep Tayyip Erdogan (solda) və Rusiya Prezidenti Vladimir Putin

Türkiyənin TRT dövlət televiziyası “TRT Rusça” adlı kanal açıb. Kanalın regional və qlobal məsələlər haqda balanslı xəbər təmin edəcəyi bildirilir. Kanalın rusdilli dünyada yerli müxbirləri olacaq.

TRT bildirir ki, yeni platforma sosial media kanalları vasitəsilə “dezinformasiya və manipulyasiya ilə mübarizədə aparıcı rol oynayacaq”.

Türkiyə və Rusiya Suriya və Liviya münaqişələrində fərqli tərəfləri dəstəkləyirlər, ancaq bu fərqlilikləri siyasi və iqtisadi əlaqələri gücləndirməklə balanslaşdırmağa çalışırlar.

Yeni rəqəmsal platforma vasitəsilə Türkiyə Rusiya və Orta Asiyada etnik türkləri də hədəfləyir.

Rusiya Türkiyənin turizm sektoru üçün ən böyük ziyarətçi mənbəyidir, 2019-cu ildə yeddi milyon rusiyalı Türkiyəni ziyarət edib, ölkənin Turizm Nazirliyi bildirir.

TRT-nin ingiliscə “TRT World”, “TRT-ərəbcə” və almanca “TRT Deutsch” yayınları da var.

XS
SM
MD
LG