Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Pakistanda sərnişin təyyarəsi qəzaya düşüb


Arxiv fotosu

Pakistan Beynəlxalq Hava Yollarına məxsus, içində azı 99 sərnişin olan təyyarə Karaçi liman şəhərində yaşayış məntəqəsində qəza edib.

Mayın 22-də baş vermiş hadisənin detalları, sərnişinlərin və heyət üzvünün taleyi bəlli deyil.

Airbus A320 təyyarəsi Lahordan Karaçiyə uçurmuş.

Sosial mediaya yerləşdirilmiş fotolar və videoda Karaçi yaxınlığında yaşayış məntəqəsinin üzərində qara tüstü dalğaları görünür.

Şahidlər təyyarənin 2-3 dəfə eniş cəhdi etdikdən sonra qəza etdiyini deyirlər.

“Reuters” şirkətin sözçüsünə istinadla təyyarədə 107 sərnişinin olduğunu xəbər verir.

XS
SM
MD
LG