Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 13:16

'Standard Insurance' ləğv olunur


Mərkəzi Bank

"Standard Insurance" Sığorta Şirkətinin lisenziyası ləğv edilib.

Bu barədə bugün, mayın 19-da Azərbaycan Mərkəzi bankı (MB) məlumat yayıb.

Məlumatda yazılıb ki, MB-in mayın 19-da verdiyi qərar ilə "Standard Insurance" Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə lisenziyası ləğv edilib: "Habelə şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib. Qanunvericiliyə uyğun olaraq ASC "Standard Insurance" Sığorta Şirkətinin idarəetmə orqanlarının səlahiyyətlәri dayandırılıb və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya verilib".

MB-ın vurğulamasına görə, "Standard Insurance" Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşib.

Məlumatda yazılıb ki, Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlayıb: "Qiymətləndirmə çərçivəsində şirkətin məcmu kapitalının tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilib və kapitalın tam bərpası üçün şirkətin rəhbərliyi ilə müzakirələr aparılıb. Lakin səhmdarlar tərəfindən şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməyib. ASC "Standard Insurance" Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və şirkət son iki ili zərərlə başa vurub".

Bu qərara, hələlik, "Standard Insurance" Sığorta Şirkətinin rəhbərliyinin münasibətini almaq mümkün olmayıb.

Mərkəzi Bank son iki ayda dörd bankın da lisenziyasını ləğv edib. Bu qərar da onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Multimedia

XS
SM
MD
LG