Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

İran BMT-yə şikayət edir, səfiri çağırır


Arxiv fotosu
Arxiv fotosu

Bazar günü İran BMT-yə şikayət edib, ABŞ-ın Tehrandakı maraqlarını təmsil edən İsveçrə səfirini çağırıb. Səbəb Vaşinqtonun İranın Venesuelaya yanacaq göndərməsinə qarşı ata biləcəyi addımlardr.

ABŞ Prezidenti Donald Trump administrasiyasında aparıcı rəsmilərdən biri ötən həftə “Reuters” agentliyinə deyib ki, Birləşmiş Ştatlar İranın böhran içində olan Venesuelaya yanacaq göndərməsinə qarşı tədbirlər görməyi nəzərdən keçirir.

OPEC üzvləri olan İran və Venesuelanın neft sektorları ABŞ sanksiyaları altındadır. Trump administrasiyası rəsmisi konkret hansı tədbirlərin nəzərdən keçirildiyini açıqlamasa da, variantların Trump-a təqdim olunacağını söyləyib.

Təhlükəli eskalasiya

İran Xarici işlər nazirinin müavini Abbas Araqchi bazar günü İsveçrə səfirilə ilə görüşündə ABŞ-ın İran tankerlərinə qarşı hər hansı təhdidi ilə bağlı xəbərdarlıq edib. Məlumat nazirliyin vebsaytında yerləşdirilib.

Xarici işlər naziri Mohammad Javad Zarif isə BMT-nin Baş katibi Antonio Guterres-ə məktub yazıb.

İran “belə qorxutma siyasəti və qanunsuz təcrübələrə qarşı legitim hüquqlarını və maraqlarını təmin etməkdən ötrü… bütün müvafiq və lazımlı tədbirləri görmək, qətiyyətli addım atmaq hüququnu saxlayır”, – deyə məktubda deyilir.

“Bu hegemon güc diplomatiyası beynəlxalq ticarət və gəmiçilik azadlığına, enerjinin azad axınına ciddi təhdid yaradır. ABŞ-ın İranın neft satışını pozmaqda ötrü məcburedici addımlara əl atmaq cəhdləri təhlükəli eskalasiyadır”, – Zarif yazır.

İran limanında yanacaqla doldurulmuş azı bir tanker Venesuelaya yola düşüb. Bunu ötən həftənin çərşənbə günü gəmilərin hərəkətini izləyən Refinitiv Eikon təşkilatı bildirib. Hazırda Venesuelada kəskin benzin qıtlığı yaranıb və bu yük həmin problemə qismən kömək edə bilər.

Sosialist Prezident Nicolas Maduro hökuməti iqtisadi iflas içindədir, ölkədə benzin, digər emal olunmuş yanacaq məhsulları çatışmır. Venesuela xam neft istehsal etsə də, iqtisadi böhran infrastrukturuna ciddi ziyan vurub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG