Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 09:43

Laçının işğalından 28 il keçir


Laçın. 1992

Bugün, mayın 18-də Azərbaycanın Laçın rayonunun işğal edilməsinin 28 ili tamam olur.

Ermənistan hərbi birləşmələri 1992-ci il mayın 18-də Laçın rayonunu işğal ediblər. Bu zaman 122 yaşayış məntəqəsinin ələ keçirildiyi deyilir. Təqribən 300 insanın həlak olduğu və ya girov götürüldüyü bildirilir. 64 min sakinin köçkün düşdüyü açıqlanıb.

Verilən rəsmi məlumata görə, rayonda 217 mədəniyyət, 101 təhsil, 100-dən çox səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal obyektləri məhv edilib.

Həmçinin dünya, yerli əhəmiyyətli çoxsaylı tarixi abidənin dağıntıya məruz qaldığı açıqlanıb.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçın rayonunun işğalının Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurduğu bildirilir. Bu rayonun işğalı ilə Ermənistan Dağlıq Qarabağla quru əlaqələr əldə edib.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə hər iki tərəfdən tələfatlar olub.

Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG