Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Rusiya Google-dan xahiş edir ki...


İllüstrativ foto
İllüstrativ foto

Rusiyada medianın tənzimləyici olan Roskomnadzor Google şirkətindən xahiş edib ki, ölkədə koronavirusdan rəsmi ölüm statistikasının ziddiyyətindən söz açan məqaləni bloklasın. Söhbət MBKh Media müstəqil onlayn səhifəsindəki məqalədən gedir.

MBKh Media mayın 14-də axşam bildirib ki, məqalə “Financial Times” qəzetinin hesabatı əsasında hazırlanıb. FT hesablamışdı ki, Rusiyada COVID-19-dan ölənlərin sayı rəsmi göstəriləndən 70 faiz çox ola bilər.https://mbk-news.appspot.com/news/na-sajte-mbx-media/

Baş Prokurorluğun qərarında deyilir ki...

MBKh Media bir gün öncə Google-dan xəbər aldığını deyir. Məlumata görə, məqalənin bloklanmasıyla bağlı xahiş Baş Prokurorluğun qərarına əsaslanır. Prokurorluq iddia edir ki, məqalədə “iğtişaşlara, ekstremist fəaliyyətə, ictimai asayişi pozaraq keçirilən kütləvi tədbirlərdə iştiraka çağırış var”.

MBKh Media Google Cloud Platformasında yerləşir. Portalın bildirməsinə görə, Google ondan xahiş edib ki, ya məqaləni saytdan çıxarsın, ya da Rusiyada ona çıxışı mümkünsüz etsin.

Mayın 15-dən Roskomnadzor-un xahişi Google-un şəffaflıq vebsaytından çıxarılıb.

MBKh Media onu da bildirib ki, sözügedən məqalədə onun “Financial Times” qəzetinin hesabatına əsasən hazırlandığı qeyd olunub.

Ölü sayı 2 min 400-ü keçib

Mayın 15-nə olan məlumata görə, Rusiyada 10 min 598 yeni yoluxma aşkarlanıb. Bununla da təsdiqlənmiş yoluxma sayı 262 min 843-ə çatıb. Bu, dünyada ABŞ-dan sonra ikinci yer deməkdir. Ölü sayı isə bir gün öncəylə müqayisədə 113 nəfər artaraq 2 min 418-ə çatıb.

Ekspertlər ya testlərin qüsurlu olduğunu, ya da yerli və region rəsmilərinin ölüm hallarının təsnifatını düz aparmadığını deyirlər. Məsələn, Sankt Peterburq kimi yerlərdə pnevmoniya halları həmişəki normadan xeyli yuxarıdır.

Rusiya üzrə yoluxma və ölüm hallarının əsas hissəsi paytaxt Moskvada cəmləşib. Mayın 13-də şəhərin səhiyyə departamenti bəyanat yayaraq bildirib ki, Moskvada koronavirusdan ölüm hallarının 60 faizindən çoxu şəhərin rəsmi statistikasına salınmır, çünki bu ölümlər miokard infarkt, insult, pisxassəli xəstəliklərdən, leykoz və digər müalicəsi mümkün olmayan ölümcül səbəblərdən baş verir.

Dünya Səhiyyə Təşkilatının Rusiyadakı təmsilçisi Melita Vujnovic “Current Time” televiziyasına müsahibəsində Rusiyanın bu ölkənin koronavirus statistikasıyla bağlı şübhələri dağıtmağa çalışıb. "Son 10 gündə yaxşı azalma görürük... Görünən odur ki, epidemiya sabitləşmə mərhələsindədir və azalma fazasına doğru gedir”, – Vujnovic vurğulayıb.

XS
SM
MD
LG