Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Homoseksuallara 'davamlı ayrıseçkilik' qalır


Arxiv fotosu
Arxiv fotosu

Avropa Birliyində LGBTI cameəsinə məxsus şəxslərin 40 faizə qədəri bu yaxınlarda zorakılıqla üzləşdiyini deyir. Hər 10 nəfərdən altısı isə təqib və hücumdan qorxuğundan ictimaiyyət arasında əl-ələ gəzməkdən qorxur. Bunu Avropa Birliyinin (AB) Fundamental Hüquqlar Agentliyinin (FHA) keçirdiyi sorğu üzə çıxarıb.

Vyanada mənzillənən FHA mayın 14-də bildirib ki, onlayn sorğuya AB-dən, həmçinin Britaniya, Serbiya və Şimali Makedoniyadan 140 minədək lezbian, gey, biseksual, trans və interseks şəxs qatılıb. 2012-ci ildə keçirilmiş son sorğudan bəri bu sahədə elə də böyük irəliləyiş olmadığı vurğulanır.

Gizli həyat sürürlər

“Xeyli sayda LGBTI gizli həyat sürür, rişxənddən, ayrıseçkilikdən, hətta hücumlardan qorxur”, – FHA direktoru Michael O’Flaherty deyib.

“Bəzi ölkələrin LGBTI bərabərliyini önə çəkməsinə baxmayaraq, bizim sorğumuz ümumilikdə böyük proqres olmadığını, xeyli sayda LGBTI şəxslərin zəif duruma düşdüyünü göstərir... Gündəlik ayrıseçkilik qalmaqdadır”, – o, sözlərinə əlavə edib.

Respondentlərin beşdə biri iş yerlərində ayrıseçkilik hiss etdiklərini deyiblər. Üçdə biri isə restoran və barlarda ədalətsiz münasibət gördüklərini söyləyiblər.

2012-ci illə müqayisədə LGBT icmasına mənsubluğunu gizlətməyənlərin payı 36 faizdən 52 faizə qalxıb. Məktəbdə cinsi mənsubluğunu gizlədən tələbələrin sayı isə 47 faizdən 41 faizə düşüb.

Polşa sözügedən qrupa dözümsüzlüyə görə öndə gedir. Bu ölkədə hakim sağçı Hüquq və Ədalət (PiS) partiyası LGBTI-ni hədəfə alır, onları xaricdən gələn müdaxilə adlandırır.

Polşadan sonrakı yeri Fransa tutur, bu ölkədə də homofobik hücumların sayı artıb.

FHA AB ölkələrini LGBTI-yə ayrıseçkiliklə mübarizə aparmaq məqsədilə geniş milli tədbirlər planı hazırlamağa çağırıb. Hakim orqanlara sözügedən hallara dözümsüz yanaşmaq, belə problemlərlə mübarizə aparacaq polisi təlimatlandırmaq çağırışı yer alıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG