Keçid linkləri

Təcili xəbərlər
2020, 14 İyul, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Twitter işçilərinə ‘həmişə’ evdən işləməyə icazə verəcək


Twitter-in simvolu

Twitter ilk böyük texnologiya şirkəti olaraq məsafədən işləyə bilən işçilərinə bunu həmişə etməyə icazə verib.

Bu arada koronovirus pandemiyası dünyada iş mədəniyyətinə görünməmiş dəyişikliklər etməkdədir.

İndiyədək dünyada koronavirusa 4,2 milyon təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Bir çox ölkələr böyük qadağalar tətbiq ediblər. Artıq evdən işləmək biznes dünyasında bir normaya çevrilməkdədir.

Twitter mayın 12-də bildirib ki, sentyabrdan ofislərinin çoxu yenidən açılmayacaq.

Sosial media nəhənginin insan resurslarının rəhbəri Jennifer Christie bloq postunda qeyd edib ki, əgər işçilər evdən işləyə bilirlərsə və “həmişə” belə davam etmək istəyirlərsə, Twitter bunu “reallaşdıracaq”.

“Ofisləri açmaq bizim qərarımız olacaq. Nə vaxt geri qayıtmağa isə işçilərimiz qərar verəcəklər”, – şirkətin sözçüsü ABŞ-ın NBC News televiziyasına deyib.

Digər texnologiya nəhəngləri – Facebook Inc və Alphabet Inc-ə məxsus Google ilin sonunadək işçilərinin çoxuna məsafədən işləmək izni verib.

XS
SM
MD
LG