Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Avqust, çərşənbə, Bakı vaxtı 17:53

Pompeo İsraildədir


Mike Pompeo

ABŞ-ın Dövlət katibi Mike Pompeo mayın 13-də İsrailə gedib. O, Baş nazir Benjamin Netanyahu və yeni hökumətin üzvləri ilə bir sıra məsələləri, o cümlədən İranın Yaxın Şərqdəki fəaliyyətini, COVID-19 pandemiyasını müzakirə edəcək.

Müzakirələrə İranın “regionda sabitsizlik yaradan fəaliyyəti, Suriyada atdığı addımlar, Livanda Hizballah ilə baş verənlər” daxildir, dövlət katibinin Yaxın Şərq Məsələləri üzrə müavini David Schenker ötən həftə jurnalistlərə deyib.

Schenker-in sözlərinə görə, Pompeo bu səfərə ona görə çıxır ki, Birləşmiş Ştatlar və İsrailin “mövcud təhdidlərlə mübarizə apararkən bir-birindən öyrənəsi çox şeyləri var, məsələn, bu təhdidlər qlobal pandemiyadanmı yaranır, yoxsa İranın regiona məkrli təsirindən”.

Schenker Birləşmiş Ştatların Yaxın Şərq üçün sülh planını davam etdirdiyini söyləyib, planı ABŞ Prezidenti Donald Trump yanvarda təqdim edib.

Netanyahu planı alqışlasa da, fələstinlilər qəti rədd etmişdilər.

Pompeo-nun fələstinlilərlə hər hansı təması planlaşdırılmır. İranın bəzi qüvvələrinin Suriyanı tərk etməyə başlaması haqda İsrailin müdafiə rəsmilərinin bəyanatlarına gəlincə, Schenker bu məlumatları şərh etməyib.

XS
SM
MD
LG