Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:37

Musk Tesla-nın Kaliforniyadakı zavodunu icazəsiz açır


Elon Musk
Elon Musk

Tesla şirkətinin rəhbəri Elon Musk deyir ki, şirkətin Kaliforniyadakı zavodu koronavirus pandemiyasından dolayı rəsmi qadağanın əksinə olaraq işini bərpa edəcək.

Musk Twitter-də yazıb ki, özü istehsal prosesində iştirak edəcək və həbs riskiylə üzləşməyə hazırdır.

“Kimsə həbs olunmalıdırsa, xahiş edəcəyəm ki, məni tutsunlar”, – Musk yazıb.

O, vəziyyətin çox qarışdığını deyir, belə ki, ştat rəsmiləri zavodun yenidən açılmasını təsdiqləsələr də, sonradan yerli hakimiyyət bunun qarşısını alıb.

Tesla dairə hakimiyyətini məhkəməyə verib

Musk-ın fikrincə, Tesla özünün “təkləndiyini” hiss edir, çünki Birləşmiş Ştatlarda digər avtomobil istehsalçılarına təkrar açılıma icazə verilib.

Musk son həftələr Kaliforniyada koronavirusun yayılmasını önləməyi hədəfləyən qaydalara qarşı çıxır. Şirkət ötən həftəsonu yerli hakimiyyəti zavodun açılmasına qadağaya görə məhkəməyə verib, Tesla-nın qərargahını başqa ştata köçürməklə hədələyib.

Fremontdakı zavodun yerləşdiyi Alameda Dairəsinin səhiyyə rəsmiləri mayın 11-də axşam deyiblər ki, Tesla-nın qadağalardan kənar çıxaraq yenidən açılmasından xəbərdardırlar və şirkəti xəbərdar ediblər ki, rəsmi təsdiqlənmiş plan olmadan işləyə bilməzlər.

Rəsmilər Tesla-dan təklif gözlədiklərini deyiblər. Dairənin qadağalarla bağlı göstərişlərində pozuntulara görə cərimə, həbs, yaxud hər ikisi nəzərdə tutulur.

Fremont Polis Departamentinin sözçüsünün deməsinə görə, idarə qadağalara səhiyyə departamentinin göstərişi ilə nəzarət edir və onlara deyiblər ki, dairədən Tesla ilə birbaşa işləyirlər.

Maliyyə nazirinin iradı

ABŞ-ın Maliyyə naziri Steven Mnuchin isə bazar ertəsi deyib ki, Kaliforniya elektrik avtomobilləri istehsal edən zavodun bu ştatda qalmasını istəyirsə, onun yenidən açılması üçün gərəkəni etməlidir.

Kaliforniyanın qubernatoru Gavin Newsom-un dünən deməsinə görə, bir neçə gün qabaq Musk ilə danışıb və məhz Tesla-nın qurucusunun əndişələri ötən həftə ştatı sənayeni mərhələli açmağa vadar edib.

“Mən təkcə bu şirkəti deyil, onun qurucusunu illərdir tanıyıram. Onların texnologiyasına, innovativ ruhuna, rəhbərliyinə böyük hörmətim var”, – Newsom koronavirusla bağlı gündəlik brifinqdə söyləyib.

Teslanın Şanxayda da avtomobil zavodu var, daha birini Berlində tikir. Şənbə günü dairəni məhkəməyə verən şirkət iddia edib ki, o, istehsalçıların təkrar açılmasıyla bağlı Newsom-un göstərişlərinə əməl etməməklə Kaliforniyanın konstitusiyasını pozub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG