Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 15:58

Kabildə doğum evinə hücumda azı 4 nəfər öldürülüb


Yeni doğulmuş körpə xəstəxanadan çıxarılır

Silahlılar Kabilin şiə hissəsində “Sərhədsiz Həkimlər” təşkilatına məxsus doğum evinə basqın ediblər, azı 4 dinc sakin öldürülüb.

Daxili İşlər Nazirliyi hücumda bir neçə nəfərin yaralandığını bildirir.

“Hücum edənlərdən biri öldürülüb, xəstəxananın birinci binası terrorçulardan tamamilə təmizlənib, xilasetmə işləri davam edir”, – nazirlik bildirir və 80-dən çox qadın və körpənin təhlükəsizlik qüvvələri tərəfindən binadan çıxarıldığını vurğulayır.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Talibanın sözçüsü Zabihullah Mujahid AzadAvropa/AzadlıqRadiosu-na açıqlamasında qruplaşmanın bu hücumda əli olmadığını bildirib.

Taliban və İslam Dövləti qruplaşmaları Kabildə və ətrafında fəaldırlar, tez-tez ordunu, təhlükəsizlik qüvvələrini, dinc sakinləri hədəfə alırlar.

Ölkənin şərqindəki Nangarhar vilayətində isə intiharçı dəfn mərasimində partlayış törədib. Azı 10 nəfərin öldürüldüyü, 30 nəfərin yaralandığı bildirilir. Bu ərazidə “İslam Dövləti” xeyli fəaldır.

XS
SM
MD
LG