Keçid linkləri

Təcili xəbərlər
2020, 08 İyul, çərşənbə, Bakı vaxtı 05:30

Amnesty International Suriyada ‘hərbi cinayətlər’i sənədləşdirib


İdlibdə evi dağılmış ailə iftar süfrəsi başında, 4 may, 2020-ci il

Amnesty International hüquq-müdafiə təşkilatı bildirir ki, son bir il ərzində Suriyanın şimal-qərbində sənədləşdirdiyi, rejim və Rusiya qüvvələri tərəfindən törədilən 18 hücum hərbi cinayətlərə bərabərdir. İnsan haqları qrupu mayın 10-da hesabat yayıb.

Təşkilat qeyd edir ki, 2019-cu ilin mayından 2020-ci ilin fevralınadək İdlibdə və üsyançıların əlində olan ətraf ərazilərdə tibb ocaqları və məktəblərə 18 hücumu ya Suriya hökuməti, ya da onun müttəfiqi Rusiya endirib.

Bu hücumlarda beynəlxalq humanitar hüququn çoxsaylı pozuntuları əks olunub, Amnesty International bildirir. “Bu pozuntular hərbi cinayətlərə bərabərdir”, – hesabatda deyilir.

Sözügedən hücumlara Suriya hökumət qüvvələri tərəfindən üç quru hücumu və iki çəllək bombası hücumu daxildir. Qalan 13 hücum isə raket zərbələri olub – ikisini Suriya hökumət qüvvələri, yeddisini Rusiya hökumət qüvvələri, dördünü Suriya, yaxud Rusiya hökumət qüvvələri endirib.

Qurumun məlumatına görə, tapıntılarını Suriya və Rusiya hökumətlərinin BMT-dəki missiyalarına göndərib, amma mayın 4-dək – hesabatı yekunlaşdıranadək cavab almayıb.

XS
SM
MD
LG