Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:46

Avropada koronavirus qadağaları yumşaldılır, amma...


Arxiv fotosu
Arxiv fotosu

Mayın 11-dən Fransa və İspaniyada milyonlarla insan üçün koronavirus pandemiyası qadağaları yumşaldılır, evdə qalmaqla bağlı göstərişlər qaldırılır. Britaniya isə təcridi daha da genişləndirir, Baş nazir Boris Johnson yalnız yüngül yumşaltma elan edib.

Səkkiz həftədən sonra Fransada əhali icazə sənədi doldurmadan küçəyə çıxa biləcək. İbtidai məktəblər, bəzi mağazalar, gözəllik salonları açılır.

Amma barlar, restoranlar, teatr və kinoteatrlar bağlı qalır.

İspaniyada Madrid və Barselona kimi şəhər mərkəzlərini çıxmaqla əhali bayırda masaları olan bar və restoranlarda görüşə biləcəklər.

Britaniya tələsmir

Johnson mayın 10-da bildirib ki, onun ölkəsinin Fransa və İspaniyanın arxasında getməsi üçün çox tezdir. Amma onu da əlavə edib ki, evdən işləyə bilməyənlər gələn həftədən “işə gedə bilərlər”, ancaq ictimai nəqliyyatdan istifadə etməməyə çalışsınlar, fiziki məsafəni gözləsinlər.

Johnson mayın 11-də parlamentdə plan açıqlayacaq.

Ölkədə koronavirusda 32 minədək ölüm halı açıqlanıb ki, bu, Avropada ən yüksək, dünya üzrə Birləşmiş Ştatlardan sonra ikinci yüksək rəqəmdir.

Dünyada milyonlarla insan işə getmir, iqtisadiyyatlar çökür, hokumətlərsə iqtisadiyyatı yenidən işə salmağa çalışırlar. Birləşmiş Ştatlar pandemiya başlanandan 33 milyondan çox insan işini itirib və Prezident Donald Trump noyabrda yenidən prezident postuna seçilmək istəyir deyə, problem xeyli qabarıqdır.

Maliyyə naziri Steven Mnuchin və Ağ evin iqtisadi məsələlər üzrə müşaviri Larry Kudlow mayın 10-da nisbətən sürətli artımla bağlı nikbinlik ifadə edib.

Mnuchin deyib ki, ölkə təkrar açılım istiqamətində irəliləməsə, “Amerika ictimaiyyətinə əbədi iqtisadi ziyan” riski var.

Kudlow ilin ikinci yarısında ABŞ iqtisadiyyatında kəskin dirçəlişin qeydə alınacağını proqnozlaşdırıb.

Yeni dalğa

Bu arada ABŞ-ın koronavirus pandemiyasına qarşı mübarizəsi üzərində işləyən üç aparıcı rəsminin özünü təcrid etməsi barədə informasiya yayılıb. Onlar xəstəliklə bağlı testləri pozitiv çıxan şəxslərlə ünsiyyətdə olublar.

ABŞ-da ştatların çoxu ehtiyatlı şəkildə açılıma gedir. Amma Səhiyyə Göstəriciləri və Qiymətləndirmə İnstitutunun direktoru Christopher Murray deyib ki, qadağaları yumşaldan ştatlarda 10 gün içində yoluxma halları artacaq.

İnstitut avqustun 4-dək ABŞ-da ölüm hallarının 137 minə çatacağını proqnozlaşdırıb.

İndiyədək Birləşmiş Ştatlar koronavirusa 1,3 milyon yoluxma, 80 minədək ölüm halı qeydə alınıb. Dünya üzrə yoluxma sayı 4 milyon, ölü ayı 280 mindən çoxdur.

Cənubi Koreyanın paytaxtı Seulda ötən Aydan qadağaları yumşaltmağa başladılar, ancaq yeni yoluxma dalğası müşahidə olunduğundan bir sıra gecə klubların məhdudiyyətlər qoyulub.

Çin mayın 10-da 17 yeni yoluxmanın qeydə alındığını bildirib. Bu, aprelin 28-dən ən yüksək göstəricidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG