Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir


DTX
DTX

Dövlət Təhlükəsizliyi Xidməti ( DTX) bugün, mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirir.

Bu barədə qurumun İctimai əlaqələr şöbəsi məlumat yayıb: "Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir".

DTX vurğulayıb ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bu açıqlamaya, hələlik, Mədəniyyət Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

DTX son aylar Ağstafa, Neftçala, İmişli və Biləsuvar rayon icra hakimiyyətlərində də əməliyyat keçirib. Həmin rayonların icra başçıları həbs edilib. Onlar rüşvət və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılırlar. İttihamlara, hələlik, onların və ya vəkillərinin münasibətini almaq mümkün olmayıb. Sonuncu belə əməliyyat mayın 5-i İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG