Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Dünyada koronavirusa 90 mindən çox tibb işçisi yoluxub


Rusiya, 7 may, 2020-ci il
Rusiya, 7 may, 2020-ci il

Dünyada COVID-19 xəstəliyinə azı 90 min tibb işçisinin yoluxduğu güman edilir. Bunu Beynəlxalq Tibb Bacıları Şurası (ICN) bu həftə bildirib.

Xəstəlikdən 260-dan çox tibb işçisinin vəfat etdiyi bildirilir. Qurum virusun tibb işçiləri və xəstələr arasında yayılmasını önləməkdən ötrü hakim orqanları daha dəqiq hesablama aparmağa çağırır.

Cenevrədə mənzillənən assosiasiya bir ay öncə bildirirdi ki, pandemiyadan 100 tibbi bacısı vəfat edib.

Yeni koronavirus ötən ilin sonunda Çinin mərkəzindəki Vuhan şəhərində peyda olub.

“Tibbi işçiləri arasında yoluxma halları 23 mindən 90 minə yüksəlib, amma bu rəqəm də dəqiq deyil, çünki bütün ölkələri əhatələmir”, – qurum başçısı Howard Catton “Reuters” Televiziyasına deyib.

90 min rəqəmi 30 ölkəni əhatələyir, tibb assosiasiyalarından, hökumətdən, mediadan əldə olunub. ICN 130 milli assosiasiyanı, 20 milyondan artıq qeydiyyatdan keçmiş tibb bacısını təmsil edir.

200 minədək tibb işçisi...

Dünyada COVID-19-a 3,5 milyon yoluxma halının qeydə alındığını deyən Catton bildirib ki, tibb işçiləri arasında orta yoluxma həddinin 6 faiz olduğunu düşünürlər və bunu ümumi saya vuranda bu günədək 200 mindən çox tibb işçisinin yoluxduğunu güman edirlər.

“Qalmaqal ondadır ki, hökumətlər bu informasiyanı sistematik olaraq yığıb məlumat vermir. Bizə elə gəlir ki, onlar buna göz yumurlar və biz bunu tamamilə qəbuledilməz sayırıq, bu, daha çox can alır”, – Catton əlavə edib.

Pandemiyaya qlobal reaksiyanı koordinasiya edən Dünya Səhiyyə Təşkilatı (DST) bildirir ki, 194 üzv ölkəsi tibb işçiləri arasında yoluxmayla bağlı hərtərəfli statistika təqdim etmir.

DST-nin aprelin 11-də bildirməsinə görə, 22 minədək tibb işçisinin koronavirusa yoluxduğunu düşünürlər.

ICN isə deyir ki, bu “sarsıdıcı” rəqəmlərin reallığın miqyasını olduğundan əhəmiyyətli dərəcədə aşağı göstərdiyinə inanırlar.

“Tibb işçiləri arasında həm yoluxma, həm də ölüm hallarının tam qeydiyyatının aparılması tibbi bacıları və onların xəstələrinə təhlükə yaradır”, – bəyanatda vurğulanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG