Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:45

Trump İranla müharibə qətnaməsinə veto qoydu


Donald Trump qoruyucu maskada
Donald Trump qoruyucu maskada

ABŞ Prezidenti Donald Trump Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatları qadağan edən qətnaməyə veto qoyub.

Mayın 6-da verdiyi bəyanatda Trump konqresmenlərin prezidentin hərbi səlahiyyətini məhdudlaşdırmaq cəhdini “çox təhqiramiz” adlandırıb, “faktların və qanunun yanlış təfsiri”nə əsaslandığını deyib.

Nümayəndələr Palatası martda görünməmiş həmrəylik göstərərək hüquqi qüvvəsi olmayan qətnaməni qəbul etmişdi. Daha öncə isə sənəd Senatdan keçmişdi.

Həmin dönəmdə Birləşmiş Ştatların İranla müharibəyə gedə biləcəyi sarıdan narahatlıq vardı. Yanvarda ABŞ Bağdada raket zərbəsilə İranın aparıcı komandirlərindən Qasem Soleimani-ni öldürmüşdü. İran isə buna İraqda ABŞ əsgərlərinin yerləşdiyi bazaya ballistik raketlər buraxmaqla cavab vermişdi. 100-dən artıq əsgərin beyin travması aldığı bildirilirdi.

“Bu, düzgün deyil”

Konstitusiyaya görə, müharibə elan etmək səlahiyyəti Konqresə məxsusdur. Amma Trump deyir ki, “qətnamədə deyildiyinin əksinə olaraq, Birləşmiş Ştatlar İrana qarşı gücdən istifadə etməklə məşğul deyil”.

“Qətnamədə deyilir ki, Prezidentin hərbi gücdən istifadə etmək kimi konstitusion səlahiyyəti Birləşmiş Ştatların müdafiəsi və öz qüvvələrini hücumdan qorumaqla məhdudlaşır. Bu, düzgün deyil”, – Trump bildirib.

“Biz artan təhdidlərlə dolu ədavətli dünyada yaşayırıq. Konstitusiyaya görə, Prezident düşmənlərimizin növbəti addımlarını öncədən görə bilməli və buna cavab olaraq sürətli və qətiyyətli addım atmalıdır. Mən də bunu eləmişəm!”, - o əlavə edib.

Trump onu da vurğulayıb ki, Soleimani-yə hücum 2002-ci ildə İraqla müharibə səlahiyyəti verən qətnamə çərçivəsində endirilib.

İndi qətnamə yenidən Senata qayıdır, amma prezidentin vetosunu qaldırmaq üçün gərəkən üçdə iki çoxluğu yığacağı real görünmür.

Trump 2018-ci ildə İranla nüvə sazişindən çıxaraq sanksiyaları bərpa edəndən sonra Vaşinqtonla Tehranın münasibətləri gərginləşib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG