Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 13:21

Çexlərdə virusa qarşı güclü immunitet yaranmayıb


Adam Vojtech

Çexiya əhalisinin cəmi 4-5 faizində koronavirusa qarşı immunitet yaranıb. Baxmayaraq ki, ölkə vətəndaşlarının əksər hissəsi bir neçə həftəliyə təcrid olunmuşdu.

Səhiyyə naziri Adam Vojtech mayın 6-da deyib ki, 26 min 549 nəfər testdən keçirilib, onlardan 107 nəfərində əvvəl aşkarlanmamasına baxmayaraq, virus tapılıb. İlkin nəticələrə görə, 27-38 faiz heç bir simptom göstərmədən virusa yoluxub.

Nazir ölkənin iki böyük şəhəri olan Praqa və Brnoda immunitet səviyyəsinin aşağı olduğunu bildirib.

10,7 milyon əhalisi olan Çexiya Avropada əhalinin hərəkətinə sərt qadağalar olan ilk ölkələrdən idi. Bu tədbirlər koronovirusun yayılmasını məhdudlaşdırıb, mayın 6-dək 7 min 899 yoluxma, 258 ölüm halı qeydə alınıb.

Vojtech deyib ki, son tədqiqat hökumətin karantini tədricən yumşaltmaq planlarına təsir göstərməyəcək.

XS
SM
MD
LG