Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 05:51

Koronavirus xəbərləri qan qaraldır


Belarus, arxiv fotosu
Belarus, arxiv fotosu

Avropanın ən böyük iqtisadiyyatı sayılan Almaniyanın iqtisadi sahələri açmaqla bağlı planları açıqlayacağı gözlənir. Ölkənin baş səhiyyə rəsmisi isə xəbərdarlıq edir ki, COVID-19-un ikinci və üçüncü dalğasına əhalinin 70 faizə qədəri yoluxa bilər.

Mayın 6-da Kansler Angela Merkel ilə 16 vilayət hökumət başçısının telekonfrans keçirəcəyi gözlənir. Onlar gələn həftələr ərzində bütün mağazalar daxil olmaqla bir çox koronavirus məhdudiyyətlərini qaldırmaqla bağlı qərar verməlidirlər.

Martın ortasından ölkədə bəzi qadağalar tədricən qaldırılır, eyni zamanda sərt gigiyena və fiziki məsafə qaydaları tətbiq olunur. Amma Merkel deyir ki, yoluxmalarda kəskin artım baş verərsə, hökumət qadağaları yenidən qaytara bilər.

Hökumətin səhiyyə agentliyi olan Robert Koch İnstitutunun başçısı isə Berlində jurnalistlərə deyib ki, ikinci dalğa “mütləq” gələcək və bir çox səhiyyə ekspertləri üçüncü dalğanı gözləyirlər.

“Bu pandemiyadır. Pandemiyada virusa əhalinin 60-70 faizi yoluxur”, Lothar Wieler mayın 5-də jurnalistlərə deyib.

Almaniyada indiyədək koronavirusa 167 min yoluxma qeydə alınıb, ölü sayı 7 minə yaxındır.

Dünya üzrə uyğun rəqəmlər isə 3,6 milyon və 257 min nəfərdir.

Britaniya və ABŞ

Artıq 140 mindən çox ölüm halının qeydə alındığı Avropada ölkələr bir-birinin ardınca acılıma gedirlər.

Britaniya mayın 5-də 30 minə yaxın ölü sayı ilə İtaliyadan önə çıxıb. Ölkədə gündəlik yoluxma və ölü sayının azalmasına baxmayaraq, hökumət digər Avropa ölkələri kimi karantini yüngülləşdirmək üçün tez olduğunu deyib.

ABŞ-da onlarla ştatda şirkətlər açılır, evdə qalmaqla bağlı göstərişlər qaldırılır. Bu qadağalar iqtisadiyyatı iflic edib, 30 milyonadək insan işsiz qalıb.

Nyu York kimi episentrlərdə gündəlik yoluxma və ölü sayı azalsa da, səhiyyə ekspertləri cənub, orta qərb və dağlıq qərb regionlarında acılıma gedildikcə virusun yayılmasının da sürətləndiyini bildirir.

Hazırda Birləşmiş Ştatlarda 1,2 milyondan çox yoluxma və 72 minədək ölüm qeydə alınıb. ABŞ dünyada koronovirusdan ən böyük zərbə görən ölkə olmasına baxmayaraq, adambaşına düşən ölü sayına görə Britaniya, İspaniya, İtaliya, Belçika və Fransadan geri qalır.

Asiyada da qadağalar tədricən qaldırılır. Virusun ilk dəfə peyda olduğu Çində cəmi iki yoluxma halı açıqlanıb, ölüm baş vermədiyi bildirilib.

Latın Amerikası, Afrika və Rusiyada isə rəqəmlər yüksəlməkdədir. Latın Amerikası və Karibdə yeni koronovirusdan 15 mindən çox ölən olub.

Rusiya təsdiqlənmiş yoluxmalara görə Avropada yeddinci yerdədir, ölü sayı isə nisbətən azdır – 1451 nəfər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG