Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:01

Səhiyyə naziri istefaya göndərildi


Nasim Olimzoda

Tacikistan Prezidenti Emomali Rahmon səhiyyə nazirini işdən çıxarıb. Bundan cəmi beş gün öncə ölkədə koronavirusa ilk yoluxma halları açıqlanıb.

Rahmon mayın 5-də deyib ki, Nasim Olimzoda “başqa işə” keçirilib, Jamoliddin Abdullozoda yeni nazir təyin olunub.

Fərmanlar təsdiqlənmək üçün parlamentə göndərilib.

2017-ci ilin yanvarından səhiyyə naziri postunda olan Olimzoda-nın işdən niyə çıxarıldığı bəlli deyil.

54 yaşlı həkim Abdullozoda 2017-ci ilin martından Düşənbədə “Istiqlol” tibb mərkəzinə başçılıq edir.

Səhiyyə Nazirliyinin mayın 5-də bildirməsinə görə, ölkədə 293 yoluxma halı qeydə alınıb, onlardan beşi vəfat edib.

Tacikistan indiyədək ölkədə koronavirusa heç bir yoluxmanın olmadığını bildirirdi. Altı gün qabaq ilk 15 yoluxma açıqlandı.

Ölkəyə Dünya Səhiyyə Təşkilatı təmsilçilərinin səfəri gözlənir.

XS
SM
MD
LG