Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 06:16

Talibandan Əfqanıstan hökumətinə çağırış


Əfqanıstan 102 talibançını azad edir

Taliban silahlı qruplaşması Əfqanıstan hökumətini ikitərəfli danışıqlara yol açmaqdan ötrü məhbusların azad edilməsini sürətləndirməyə çağırıb.

Birləşmiş Ştatlarla Talibanın fevralın 29-da imzaladığı sazişdə Əfqanıstan hökumətinin 5 min talibançını azadlığa buraxması nəzərdə tutulurdu. Məqsəd rəsmi sülh danışıqları öncəsi qarşılıqlı inam yaratmaqdır.

Sazişdə həmçinin Talibanın min əfqan təhlükəsizlik əməkdaşını buraxması nəzərdə tutulur.

“Son 3 gündə Kabil administrasiyası 300 məhbusu azad edib və bunu alqışlayırıq”, – Talibanın sözçüsü Suhail Shaheen mayın 4-də axşam tvitində yazıb.

“Amma bu yetərli deyil, proses sürətləndirilməlidir ki, məhbuslar koronovirusdan xilas edilsin və əfqandaxili danışıqların başlanmasına yol açılsın”, – o, sözlərinə əlavə edib.

Əfqanıstan hökuməti indiyədək 750-dək talibançını azad edib.

Talibanın isə 112 əfqan təhlükəsizlik əməkdaşını buraxdığı bildirilir.

XS
SM
MD
LG