Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:29

Ötən il məcburi köçkün uşaqların sayı 19 milyona çatıb


Əfqanıstanda məcburi köçkün uşaqlar, arxiv fotosu
Əfqanıstanda məcburi köçkün uşaqlar, arxiv fotosu

2019-cu ildə münaqişə və zorakılıqlar 19 milyon uşağın öz ölkələri daxilində məcburi köçkün həyatı yaşamasıyla sonuclanıb. Bu uşaqlardan bəziləri illərdir məcburi köçkündür. UNICEF mayın 5-də açıqladığı hesabatda bu rəqəmin indiyədək ən yüksək göstərici olduğunu vurğulayır.

Ötən il dünyada məcburi köçkünlərin sayı 46 milyon nəfər olub. On il öncə bu rəqəm 25 milyon idi. 2019-cu ildə məcburi köçkünlərin 40 faizindən çoxunun yaşı 18-dən az olub.

Hesabatda köçkün uşaqların üzləşdiyi risklər və çətinliklər araşdırılır, onları qorumaqdan ötrü gərəkən təcili tədbirlər sadalanır. Dünyada COVID-19 xəstəliyi yayıldıqca bu uşaqlar xəstəliyin birbaşa və dolayısı təsirləri qarşısında ən zəif durumdadırlar.

Məcburi köçkün uşaqların təməl xidmətlərə çıxışı yoxdur, zorakılıq, istismar, pis rəftar, insan alveri riskilə üzləşirlər. Onlar həmçinin uşaq əməyi, erkən nikah, ailələrin ayrılması riski qarşısındadırlar və bütün bunlar onların səhhəti və təhlükəsizliyinə birbaşa təhdid yaradır.

Münaqişələr və təbii fəlakətlər

Hesabatda deyilir ki, COVID-19 pandemiyası köçkün uşaqlar və onların ailələri üçün durumu daha da pisləşdirir. Onlar həddən artıq sıxlıq olan düşərgələrdə, əldəqayırma sığınacaqlarda qalırlar, təməl gigiyenik və tibb xidmətlərinə çıxışları yoxdur. Bu yerlərdə fiziki məsafə saxlamaq da mümkün deyil. Belə şəraitdə COVID-19 kimi xəstəliklər sürətlə yayıla bilər.

Ötən il 12 milyon uşağın məcburi köçkünə çevrildiyi bildirilir. Onlardan 3,8 milyonu münaqişə və zorakılıq, 8,2 milyon nəfəri isə daşqın və tufan kimi təbii fəlakətlər nəticəsində yaranıb.

Münaqişələr ən çox Yaxın Şərqdə, Şimali Afrika və Saharaaltı Afrikada məcburi köçkün uşaqların sayını artırır.

Münaqişə və zorakılıq nəticəsində məcburi köçkünə çevrilənlərin yarıdan çoxu 3 ölkənin payına düşür. Ötən il bu səbəbdən məcburi köçkün həyatı yaşamağa başlayan hər dörd nəfərdən biri – 6,5 milyon nəfər Suriyada qalır. Onlardan 2,4 milyonu uşaqlardır. Konqo Demokratik Respublikasında 2,9 milyon, Yəməndə isə 1,7 milyon nəfəri münaqişə və zorakılıqlar məcburi köçkünə çevirib.

Yeni məcburi köçkünlərin 33 milyona yaxını 2019-cu ildə qeydə alınıb. Onlardan 25 milyonu təbii fəlakətlər, 8,5 milyonu münaqişə və zorakılıq nəticəsində köçkün həyatı yaşamağa başlayıb.

Hesabat strateji investisiyalar yatırmağa, hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, humanitar qrupları və uşaqların özlərini məsələlərin həllindən ötrü cəhdləri birləşdirməyə çağırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG