Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 04:17

ABŞ-da koronavirusdan ölü sayı sürətlə arta bilər


Nyu Yorkda tibb işçiləri fasilədə istirahət edir

Bir neçə aya Birləşmiş Ştatlarda COVID-19-dan ölü sayı əvvəlki hesablamalarla müqayisədə iki dəfə çox ola bilər. Bu arada bir çox ştatlar qadağaları, fiziki məsafə qaydalarını yumşaldır.

Son hesablamanı aparan universitetin modelləri Ağ ev tərəfindən istifadə olunur.

Mayın 4-də açıqlanmış proqnoz onu göstərir ki, virusun yayılmasını yavaşıdan istənilən uğur sürətlə alt-üst ola bilər.

Artıq Avropadan tutmuş Birləşmiş Ştatlaradək, eləcə də Asiyanın bir sıra ölkələrində iqtisadiyyatı görünməmiş işsizlik, iqtisadi təlatümdən xilas etmək üçün qadağalar yumşaldılır.

135 minədək insan vəfat edəcək

Vaşinqton Universitetinin Sağlıq Göstəriciləri və Dəyərləndirmə İnstitutunun son hesablamasına görə, avqustun əvvəlinədək Birləşmiş Ştatlarda koronavirusdan 135 minədək insan vəfat edəcək.

Bu, aprelin 17-də açıqlanmış son hesablamadan iki dəfəyədək çoxdur. İnstitut bildirir ki, mayın 11-dək 31 ştatda hərəkətliliyin artması, sosial məsafənin yüngülləşdirilməsi buna təsirini göstərir və “insanlar arasında artan təmasların koronavirusun yayılmasını gücləndirəcəyini əks etdirir”.

Modelə görə, iyunun 1-dək gündəlik ölüm halları 3 mini, gündəlik yeni yoluxmalar isə 200 mini aşacaq. Mayın 4-də isə 25 min yeni yoluxma və 1015 ölüm halı qeydə alınmışdı ki, bu da son bir ayda ən aşağı göstərici idi.

Mayın 4-dək ABŞ-da COVID-19-dan 69 minədək ölü, 1,2 milyon yoluxma qeydə alınıb.

Prezident Donald Trump mayın 3-də deyib ki, ölkədə ölü sayı 100 minə çata bilər. Bu onun iki həftə qabaq səsləndirdiyi proqnozdan iki dəfəyədək çoxdur.

140 min 244 nəfərin öldüyü Avropada isə ölkələr bir-birinin ardınca fiziki məsafə və sanitariya standartlarını saxlamaqla tədricən açılıma gedirlər.

Amma səhiyyə ekspertləri iqtisadiyyatların yenidən açılmasının yoluxmaların ikinci dalğasını sürətləndirəcəyindən narahatdırlar.

Cənubi Koreya və Rusiya

Asiyada da qadağalar yumşaldılır, amma Yaponiya fövqəladə vəziyyəti ayın sonunadək uzatmaq niyyətindədir.

Cənubi Koreyada yeni yoluxmalar artıq birrəqəmli göstəricilərə çevrilir. Fiziki məsafə qadağaları yüngülləşdirilir, məktəblər gələn həftədən açılmalıdır. Beysbol liqası mayın 5-dən mövsümə başlayır, ancaq azarkeşlərsiz.

Ötən ilin sonunda virusun baş qaldırdığı Çində bircə yoluxma halı qeydə alınıb. Mayın 5-dək ölkədə 82 min 881 yoluxma, 4 min 633 ölü sayı qeydə alınıb, 77 min 853 nəfərin sağaldığı bildirilir.

Latın Amerikası, Afrika, Rusiyada isə rəqəmlər yüksəlməkdədir. Braziliyada 105 mindən çox yoluxma, 7 min ölü qeydə alınıb. Rusiyada isə gündəlik yoluxma sayı 10 mini keçir. Hazırda Rusiya təsdiqlənmiş yoluxma hallarına görə dünyada 7-ci yerdədir. Ölü sayı isə nisbətən azdır – 1356 nəfər.

Dünya üzrə yoluxma sayı 3,5 milyonu keçib.

Mayın 4-də onlayn konfrans zamanı dünya liderləri virusa qarşı vaksin tədqiqatları üçün 8,1 milyard dollar boyun olublar. İlkin hədəf isə 8,2 milyard dollar idi.

XS
SM
MD
LG