Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:56

İranda məscidlər yenidən açılır


Tehranın mərkəzində məscid

Mayın 4-dən İranda koronavirusun nisbətən az yayıldığı regionlarda məscidlər yenidən açılıb. Bunu Prezident Hassan Rohani dövlət televiziyasında deyib.

Virusa qarşı işçi qrupun iclasında Rohani deyib ki, 132 mahalda, İranda inzibati ərazi vahidlərinin üçdə birində məscidlər açılacaq.

“Sosial məsafə kollektiv ibadətdən daha vacibdir”, – Rohani sözlərinə əlavə edib. O, islamda təhlükəsizliyin vacib sayıldığını, məscidlərdə ibadətin isə “tövsiyə olunduğunu” söyləyib.

Prezidentin sözlərinə görə, komitə mayın 16-dan məktəbləri açmağı da nəzərdən keçirir. Yay tətilinədək dərslər bir ay davam edə bilər.

İranda koronavirus pandemiyasından 6 min 150-dən çox insan vəfat edib, 96 min 440-dan çox insan yoluxub.

Martın 10-an bəri ən az yoluxma mayın 2-də qeydə alınıb.

Amma həm İrandakı, həm də xaricdəki ekspertlər və məmurlar rəsmi rəqəmlərə şübhəylə yanaşır, real mənzərənin daha ağır ola biləcəyini deyirlər.

XS
SM
MD
LG