Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 03:18

Nazarbaeva kölgəyəmi çəkilir


Dariga Nazarbaeva
Dariga Nazarbaeva

Qazaxıstan prezident administrasiyasının keçmiş sədr müavini Maulen Ashimbaev parlamentin spikeri seçilib. Bu vəzifədə o, keçmiş prezident Nursultan Nazarbaev-in qızı Dariga Nazarbaeva-nı əvəzləyib. Baş verənlər ölkə rəhbərliyində mümkün hakimiyyət mübarizəsi haqda söz-söhbətə yol açıb.

Prezidentin sözçüsü Berik Uali mayın 4-də Facebook-da yazıb ki, parlamentin yuxarı palatası olan senatın üzvləri Prezident Qasym-Zhomart Toqaev-in təklifini dəstəkləyərək Ashimbaev-i sədr postuna təsdiqləyiblər. Prezident istefa verərsə, vəzifəsini icra edə bilməzsə, hakimiyyətə spiker gəlir.

Bu səsvermədən cəmi bir neçə saat öncə Toqaev Ashimbaev-i senata üzv təyin edib. Nazarbaeva isə iki gün qabaq qəfildən spiker postundan uzadlaşdırılıb.

56 yaşlı Nazarbaeva-nı bu postdan və parlamentdəki yerindən uzaqlaşdırmaq ölkədə siyasi dəyişiklik əlaməti ola bilər.

Nazarbaeva 2019-cu il martın 20-dən senatın sədridir. Atası isə martın 19-da, 30 il prezident postunda qalandan sonra vəzifədən getmişdi.

O zaman prezident qızının spiker postuna təyin olunması belə bir spekulyasiyaya yol açdı ki, Toqaev aralıq lider kimi seçilib və sonucda hakimiyyətə Nazarbaeva yüksələcək.

79 yaşlı Nazarbaev-in prezidentlikdən getməsinə baxmayaraq, o, ölkədə əsas qərarverən şəxs hesab olunur. O, hakim Nur-Otan Partiyasına rəhbərlik edir, ömürlük olaraq qüdrətliTəhlükəsizlik Şurasının sədri postundadır.

XS
SM
MD
LG