Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 08:48

Əfqan hərbi mərkəzinə hücumda azı 5 nəfər ölüb


Arxiv fotosu

Hərbi mərkəzə hücumda azı 5 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb.

Taliban isə ölü sayının daha yüksək olduğunu iddia edir.

***

Əfqanıstanın cənubundakı Helmand vilayətində hərbi mərkəzə hücum olub, itkilərin olduğu xəbər verilir.

Mərkəzə hücuma görə Taliban silahlı qruplaşması məsuliyyəti götürüb. Bu mərkəzdə Əfqanıstan ordusu və kəşfiyyatının azı 150 üzvünün yerləşdiyi xəbər verilir.

Taliban mayın 3-də axşam törədilmiş hücumda “onlarla” əfqan əsgərin öldürüldüyünü iddia edir.

“Hücum zamanı düşmən qüvvələrin onlarla üzvü öldürülüb və yaralanıb”, – Talibanın sözçüsü Qari Yousuf Ahmedi mayın 4-də bildirib.

Əfqanıstanın adı çəkilməyən rəsmisi “Tolo News”a azı 5 nəfərin öldürüldüyünü deyib.

XS
SM
MD
LG